BAKI, 6 noyabr — Sputnik. Amerikanın "Voyacer-2" planetlərarası aparatının Yer kürəsinə ulduzlararası fəzadan göndərdiyi məlumatları alimlər araşdırıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Amerika Aerokosmik Agentliyinin (NASA) saytında bir neçə məqalə dərc olunub.
Aparatın heliosferdən keçərkən mütəxəssislərə göndərdiyi məlumatlar barədə Nature Astronomy jurnalı bəhs edir. Məlumatlar iki ədəd plazmanın öyrənilməsi üçün, iki ədəd enerji hissəciklərinin aşkar edilməsi üçün və bir ədəd maqnit sahəsi sensoru olmaqla ümumilikdə 5 qurğudan əldə edilib. Alimlər deyirlər ki, bu məlumatlar Günəşin yaratdığı mühitin "sahil xətti"nin təsvirini qurmağa kömək edəcək.
Voyager 2 reaches interstellar space https://t.co/ZxdvHdLPpQ #Meantime https://t.co/eQQT8822Zi #516
— POST Online Media (@poandpo) November 5, 2019
Eyni zamanda, "Voyacer"dən alınan məlumat lokal ulduzlararası fəzadakı plazmanın heliosferin içindəki plazmadan daha sıx, eləcə də temperaturunun daha aşağı olduğunu təsdiqləyib. Bəlli olub ki, ulduzlar arasındakı fəzada da kosmik şüalar, başqa sözlə desək, partlayan ulduzlardan güclü təkan alan hissəciklər var. NASA-nın mütəxəssisləri bildirirlər ki, heliosfer Yer kürəsini bu cür şüaların 70%-nin təsirindən qoruyur.
Kosmik zondun göndərdiyi məlumatlar heliosferin hüdudlarını müəyyənləşdirməyə kömək edir. Bu sərhəd bizim ulduzumuzun aktivliyindən asılıdır.
📡 〰️〰️〰️ 🛰️ @NASAVoyager 2 signals from interstellar space! New research reveals what the spacecraft's instruments found as it crossed the cosmic shoreline where the environment created by our Sun ends and the vast ocean of space begins. More: https://t.co/MMaUCWQRzA pic.twitter.com/eJEPW73rXA
— NASA (@NASA) November 4, 2019
"Voyacer-2" Günəş sistemini 2018-ci ilin dekabrında tərk edib. Hazırda o, planetimizdən 18 milyard km aralıda yerləşir. "Voyacer-2" Günəş sisteminin 4 nəhəng planetinin yanından keçən ilk aparatdır. O, Yupiterin 3, Saturnun 4, Uranın 11, Neptunun 6 yeni peykini aşkarlamağa kömək edib. Son iki planetin yaxınlığından isə "Voyacer-2"dək hələ heç bir kosmik aparat keçməyib.
"Voyacer-2" NASA tərəfindən 1977-ci il avqustun 20-də Günəş sisteminin uzaq planetlərinin öyrənilməsi məqsədilə kosmosa buraxılıb. Onun ulduzlararası fəzaya çatması üçün 40 il vaxt gərək olub.
Ötən həftə müxtəlif hadisələrlə yadda qaldı. Əsas problemimiz - koronavirusdur, dünya iki milyondan artıq insanın ömrünə son qoyan mərəzlə mübarizəsini davam etdirir.
ABŞ Nümayəndələr Palatası ikinci dəfə tərəfdarlarını Kapitoliyə hücuma təhrik etdiyi iddia olunan Donald Trampın impiçmentinə səs verdi. Tramp iki dəfə impiçment elan olunan prezident kimi ABŞ tarixinə düşdü.
İndoneziyada Boeing 737-500 sərnişin təyyarəsi qəzaya uğradı. Göyərtədəki 65 nəfərdən heç biri sağ qalmadı. Qəzanın səbəbləri isə hələ də araşdırılır.
İspaniya sakinləri əsl qışın xoş olmayan dadını yaşadılar. "Filomena" qasırğası qarsız qışa öyrəşmiş Pireney yarımadasını ağ rəngə bürüdü.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.
Nikosiyanın mərkəzində mağaza sahibi maskalı, amma çılpaq maneken aparır, Kipr
Liva səhrasında adam, BƏƏ
Madriddə gənclər nəhəng qartopu düzəldirlər, İspaniya
Yokohamada kimonolu qızlar həddi-büluğa çatma mərasimində, Yaponiya
Yerusəlimdə etiraz iştirakçısı əlində nəhəng şpris tutub, İsrail
Paluda dağıdılmış abidənin yanında oynayan uşaqlar, İndoneziya
Nümayəndələr Palatasının üzvü Viki Hartsler və parlament üzvü Maykl Valts Milli Qvardiyanın əsgərlərinə pizza paylayırlar
Qız okean üzərində ipdən sallanıb
Spiker Nensi Pelosi ABŞ Prezidenti Donald Trampa qarşı imzalanmış impiçment sənədini təqdim edir
Romada bir evin pəncərəsindəki pişiklərin şəklini çəkən adam, İtaliya
Katmanduda qarşıdurmalarda xəsarət alan adama yardım göstərilir, Nepal
Kampalada qadın başında ananas aparır, Uqanda
ID2299 qalaktikasının bədii təsviri
Pekində kişi ilə uşaq donmuş gölün üzəriylə kirşədə gedirlər, Çin
Hokkaydonun tropik botanika bağında əntər meymunlar isti bulaqda çimirlər, Yaponiya
Qırmızı Xaçın əməkdaşı Sriwijaya Air şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin turbinini dezinfeksiya edir
Frankfurt yaxınlığındakı Kronberq şəhəri səhər günəşini qarşılayır, Almaniya
Güclü qar səbəbindən qəzaya uğrayan avtobusların yanında polislər, İsveç
ABŞ-da etiraz edənlər və qaçışa çıxmış qız
Santiago a Mil Beynəlxalq Teatr Festivalında Fuego Rojo ifa edən La Patogallina və Ciclicus teatr truppalarının rəqqasları, Santyaqo, Çili
Belqradda avtobus sərnişinləri, Serbiya
Yağış mövsümündə çayda sörfinq, Braziliya
Hanoyda Opera Teatrının yanında qız, Vyetnam
Donmuş Xan çayı üzərində körpü, Seul, Cənubi Koreya
Pyatiqorskda isti kükürdlü su vannası qəbul edən qızlar, Rusiya
BAKI, 16 yanvar - Sputnik. Parisdə bu ilin ilk "Azadlıq marşı" keçirilir. Aksiya iştirakçılarının tələbi dəyişməzdir - onlar parlamentin nəzərdən keçirdiyi "Qlobal təhılükəsizlik haqda" qanuna qarşıdırlar.
Sputnik Fransa xəbər verir ki, sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib.
Etirazları "yeniləməyə" Milli Jurnalistlər Birliyi çağırıb. İnsanlar yerli vaxtla 14:00-da Bastiliya meydanına doğru hərəkət ediblər. Xeyli sayda polis təhlükəsizliyi qorumaq üçün cəlb edilib.
Hələlik aksiyanın dinc keçdiyi bildirilir.
#SputnikVidéo | Malgré la neige, de nombreux manifestants sont descendus dans les rues de #Paris ce samedi pour manifester contre la #LoiSécuritéGlobalehttps://t.co/w3gq05qxxo pic.twitter.com/QKo9MjhgPc
— Sputnik France (@sputnik_fr) January 16, 2021
Ötən il noyabrın 24-də Milli Şura "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur.
Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.