Ancelina Coli jurnalın üz qabığı üçün soyundu

© AFP 2023 / Daniel LEAL-OLIVAS Ancelina Coli - Hollivud aktrisası
Ancelina Coli - Hollivud aktrisası - Sputnik Azərbaycan
Abunə olmaq
İzləyicilərin əksəriyyəti Colinin halından məmnun olduqlarını gizlətməyiblər. Bəziləri isə parçanın şəkli korladığını vurğulayıblar

BAKI, 6 noyabr — Sputnik. Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Harper's Bazaar dəb jurnalının dekabr-yanvar nömrəsinin üz qabığı üçün topless şəkil çəkdirib.

Sputnik Azərbaycan bildirir ki, həmin şəkli jurnal özünün "Instagram" hesabında paylaşıb. Şəkildə şəffaf parçaya bürünmüş Coli yanakı duraraq əlləri ilə sinəsini örtüb.

Публикация от Harper's BAZAAR (@harpersbazaarus)

Fotosessiyanın müəllifi norveçli fotoqraf Sölve Sundsbödür. O, "Vogue", "W Magazine" və "Interview" kimi jurnallarla, eləcə də "Giorgio Armani", "Chanel", "Gucci", "Dolce & Gabbana", "Louis Vuitton" və digər brendlərlə əməkdaşlıq edir. 

İzləyicilərin əksəriyyəti Colinin halından məmnun olduqlarını gizlətməyiblər. Bəziləri isə parçanın şəkli korladığını vurğulayıblar.

Xəbər lenti
0