Süd Yolu mənzərəsi, arxiv şəkli

Kainatla bağlı yeni fikir, sən demə...

24
(Yenilənib 19:42 05.11.2019)
Qapalı Kainat, çox güman ki, müsbət əyriliyin yaranmasına səbəb olur. Bu əyrilik kosmik mikrodalğalı fon spektrində 99% düz olma ehtimalı ilə müşahidə olunur

BAKI, 6 noyabr — Sputnik. Beynəlxalq astronomlar qrupu Kainatın əvvəllər düşünüldüyü kimi yastı deyil, bir kürə kimi əyri və qapalı olduğuna dəlalət edən anomaliya aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu halda mövcud olan fəza sinqulyar sıxılmaya məruz qalacaq.

Tədqiqatçılar Plank Kosmik Rəsədxanası tərəfindən toplanan mikrodalğa fonu barədə məlumatları təhlil ediblər. Onlar aşkar ediblər ki, fon qravitasiya linzalaşması (adətən böyük kütlə səbəbindən əyri fəzanın işıq şüalarını dəf etməsi effekti) nəticəsində təhrif olunur. 

Bu halda Alens adlanan anomaliya Kainatın forması ilə izah edilə bilər.

Müəlliflərin yazdığına görə, qapalı Kainat, çox güman ki, müsbət əyriliyin yaranmasına səbəb olur. Bu əyrilik kosmik mikrodalğalı fon spektrində 99% düz olma ehtimalı ilə müşahidə olunur. Ancaq bu zaman digər müşahidələr, o cümlədən Plank rəsədxanasının əvvəllər apardığı müşahidələr də, yastı Kainata uyğun gəlir, bu isə kosmoloji modellər arasında ziddiyyət yaradır. 

Bəzi alimlər isə hesab edirlər ki, Alens anomaliyası səhv məlumatların nəticəsi ola bilər.

24
Əlaqədar
Bu şəhərdə WiFi yasaqdır - yadplanetlilərə görə
Azərbaycanlı şairin adına Marsla Yupiterin arasında da rast gəlmək mümkün olacaq
Bəlkə də tək deyilik – Yeni qalaktika aşkarlanıb
Rusiya kosmosa şüşədən hazırlanmış kürə göndərəcək
Şamaxı rəsədxanasından Kainatın seyri: "Fonda itirmişik" - REPORTAJ
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

217
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

217
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

9
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

9
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0