Ərdoğan: ABŞ-dan icazə almaq niyyətimiz yoxdur

© © Murat Murat Cetinmuhurdar/Presidential Press Office/Handout via REUTERSТурецкий лидер Реджеп Тайип Эрдоган
Турецкий лидер Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan əlavə edib ki, "S-400" məsələsində olduğu kimi, Amerika istehsalı olan "F-35" təyyarələrinin satışı məsələsi həll olunmasa, Türkiyə lazımi addımları atacaq

BAKI, 5 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ölkəsi Rusiyadan qırıcı təyyarə almağa qərar versə, ABŞ-dan icazə almaq niyyəti yoxdur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Ərdoğan bunu jurnalistlərə danışarkən deyib.

"Biz "S-400" (hava hücumundan müdafiə sistemlərini Rusiyadan – red.) alanda kimdənsə soruşduq? Soruşmadıq və aldıq. Buna görə də almaq qərarını versək, alacağıq", - Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə bir neçə dəfə ABŞ-dan ona "Patriot" hava hücumundan müdafiə sistemlərini satmağı xahiş edib, lakin rədd cavabını alıb.

"Onlar Konqresə əsaslanıblar, o da həmişə mənfi cavab verdiyi üçün bizə onları ("Patriot" sistemlərini – red.) sata bilməyiblər. Amma sən mənə lazım olanı satmırsan, sonra da tələb edirsən ki, səndən icazə alım – bu ölkənin suverenliyinin pozulmasıdır. Biz elə bir ölkə deyilik ki, buna imkan verək", - türkiyəli lider deyib.

O əlavə edib ki, "S-400" məsələsində olduğu kimi, Amerika istehsalı olan "F-35" təyyarələrinin satışı məsələsi həll olunmasa, Türkiyə lazımi addımları atacaq.

Xatırladaq ki, sentyabrın əvvəllərində Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə "MAKS-2019" aviasalonuna baş çəkib. Xəbər verilirdi ki, Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcı təyyarələri ilə maraqlanıb və bu mövzu Putinlə danışıqlarda müzakirə olunub. Ərdoğan həmçinin bəyan edib ki, Türkiyə və Rusiya "Su-57" təyyarələrinin tədarükünə dair danışıqlar aparırlar.

 

Xəbər lenti
0