ABŞ əhalisinin yarıdan çoxu Trampın impiçmentini dəstəkləyir. Bu nəyə gətirib çıxaracaq?

© AFP 2023 / MANDEL NGAN Prezident Donald Tramp
 Prezident Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğunun nəticələrinə görə, impiçment təşəbbüsünü respondentlərin 55 faizi dəstəkləyib. Vəziyyəti politoloq, jurnalist Yuri Svetov şərh edib

BAKI, 5 noyabr — Sputnik. ABŞ əhalisinin yarıdan çoxu Prezident Donald Trampın impiçmentinə başlamağı dəstəkləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "The Wall Street Journal" və "NBC" telekanalının sifarişi əsasında aparılmış ictimai sorğu göstərib.

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Donald Tramp impiçmentdən qorxur, amma...

Sorğunun nəticələrinə görə, Demokratlar partiyasının irəli sürdüyü impiçment təşəbbüsünü respondentlərin 55 faizi dəstəkləyib. Onlarda 24 faizi isə hesab edir ki, impiçment prosesinə başlamaq üçün kifayət qədər əsaslar var.

Respondentlərin üçdə biri isə impiçment ideyasına qarşı çıxıb. Qeyd olunur ki, Trampın fəaliyyətindən razılıq reytinqi 43 faiz təşkil edir və bu rəqəm dəyişməz olaraq qalmaqdadır.

Lakin vəziyyəti şərh edən rusiyalı politoloq, jurnalist Yuri Svetov Radio Sputnik-ə deyib ki, impiçmentin heç bir perspektivi yoxdur.

"Bu məlumatları kim dərc etdirir? Trampın qatı rəqibləri... Onun (impiçmentin – red.) perspektivi yoxdur. Demokratlar öz istədiklərinə aşağı palatada nail ola bilərlər, lakin senatda respublikaçılar çoxluq təşkil edirlər".

"Demokratlar elə düşünürlər ki, bununla onlar Trampın seçkilərdə qələbə şanslarını azaldırlar. Lakin Trampın digər kartları var", - ekspert deyib.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp haqda gözlənilməz rəy - Amerika tarixində ən yaxşı prezidentdir

Svetovun fikrincə, əgər Tramp Çinlə müqavilə bağlasa, bu, iqtisadiyyatda tərpənişə gətirib çıxaracaq ki, bu da Amerikadakı seçkilərdə həlledici məqamlardan biridir.

"İqtisadiyyat kimin hakimiyyətdə olduğu zaman artmağa başlayırsa, həmin şəxs də seçkilərdə qalib gəlir", - politoloq deyib.

Bir müddət öncə Demokratlar partiyasının ABŞ Konqresindəki nümayəndələri impiçment prosesinə start veriblər. Onlar Donald Trampı öz siyasi məqsədləri üçün ukraynalı həmkarı Vladimir Zelenskiyə təzyiq edərək keçmiş vitse-prezident Co Baydenə və ailəsinə qarşı istintaqa nail olmaq cəhdində günahlandırıblar. Co Baydenin oğlu Hanterin adı Ukraynada cinayət işində hallanır.

Bayden 2020-ci ildə prezident seçkilərində iştirak etmək niyyətindədir.

Xəbər lenti
0