Türkiyə məşhur terrorçu barədə məlumatı təsdiqlədi

© © Islamic State Group/Al Furqan Media Network/Reuters TV via REUTERSİŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 3-də ABŞ Prezidenti Donald Tramp Suriyanın İdlib əyalətində keçirilmiş əməliyyatda Əbu Bəkr əl-Bağdadinin məhv edildiyini bəyan edib.

BAKI, 5 noyabr — Sputnik. Türkiyə bu yaxınlarda məhv edilmiş İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin bacısı Rəsmiyə Avadı ələ keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Rabitə İdarəsinin sədri Fəxrəddin Altun təsdiqləyib.

"Əl-Bağdadinin bacısının həbsi terrorçular əleyhinə apardığımız əməliyyatların növbəti uğurudur", - Altun "Twitter" paylaşımında deyib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ Prezidenti Donald Tramp Suriyanın İdlib əyalətində keçirilmiş əməliyyatda Əbu Bəkr əl-Bağdadinin məhv edildiyini bəyan edib.

Xəbər lenti
0