Gecə lampası yandırmayın – Sağlamlıq üçün zərərli imiş

CC0 / simonprodl / night table lampGecə lampası, arxiv şəkli
Gecə lampası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər gecə işıqlandırılması ilə aterosklerozun inkişafı arasında əlaqəni müəyyən edə biliblər.

BAKI, 5 noyabr — Sputnik. Alimlər belə qərara gəlib ki, ölümcül xəstəliyə yol açdığına görə, yatan zaman ən zəif gecə lampalarından istifadə etmək olmaz.

Şirin yuxu, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yuxu qocalığa və xərçəngə dərman imiş

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, həta pəncərən düşən Ay işığı belə, ürək xəstəliklərinə və ya insulta səbəb ola bilər. Çünki işıq bağlanmış göz qapaqlarından belə, keçərək sağlam yuxu üçün zəruri olan melatoninin səviyyəsini aşağı salır.

Araşdırma 3 il müddətində aparılıb. Araşdırmada 989 nəfər könüllü iştirak edib. Araşdırma çərçivəsində iki gecə ard-arda gecə lampası açıq saxlanılıb və bu zaman işıq tavana yönləndirilib.

Mütəxəssislər gecə işıqlandırılması ilə aterosklerozun inkişafı arasında əlaqəni müəyyən edə biliblər.

Xəbər lenti
0