Wi-fi işarəsi, arxiv şəkli

Bu şəhərdə WiFi yasaqdır - yadplanetlilərə görə

60
(Yenilənib 01:17 31.10.2019)
Dünyanın ən həssas teleskopunun yerləşdiyi şəhər işini səmərəli görmək istəyən tədqiqatçılar üçün bir sıra qaydalar qoyub - onlardan ən vacibi isə elektromaqnit sükutdur

BAKI, 31 oktyabr — Sputnik. Qərbi Virciniyadakı Qrin-Benk şəhəri kosmik tədqiqatların intensiv aparıldığı yerdir. 1958-ci ildə Qrin-Benk Rəsədxanası açıldıqdan sonra bura ABŞ-ın ilk milli astronomik mərkəzi sayılır.

Sputnik Azərbaycan bildirir ki, burada yerləşən teleskoplar, o cümlədən dünyada ən böyük sayılan Robert S.Birdin teleskopu (Robert C. Byrd Green Bank Telescope və ya GBT) qara dəlikləri, qravitasiya dalğalarını, pulsarları və s. müşahidə etməyə imkan verir. Bundan başqa, yerli tədqiqatçılar ötən ay ilk dəfə teleskoplar vasitəsilə ən böyük neytron ulduzu aşkar ediblər.

​Qrin-Benk eyni zamanda yadplanetli məxluqların axtarışı və tədqiqatının (SETİ) başlandığı yer hesab olunur. 1960-cı ildə Frenk Dreyk burada ilk dəfə "Ozma" layihəsini işə saldı. Bu, yadplanetli intellektin mümkün dinlənilməsi və göndərilən siqnalların qeydə alınması üçün dövlət tərəfindən maliyyələşdirilən ilk cəhd idi.  Üstəlik, bu şəhər bizim aləmdən fərqli dünyaların mövcudluğunun mümkünlüyünü ehtiva edən məşhur düsturun "müəllifidir". 

SETİ proqramı üzrə işlər Qrin-Benkdə davam edir və son üç il ərzində 1 milyon giqabayt həcmində əlaqəli məlumatlar açıqlanıb.

Ancaq bu sahədə daimi irəliləyişin əldə edilməsi bir nüansa bağlıdır.

Bu ərazidə yaşayan 8500 insan radiotezliklərə müdaxilə əleyhinə (RFI) zəruri qanunvericiliyə  tabedir. Yəni buradakı evlərdə və ya onların ətrafında radiotezliklərə maneə yarada biləcək istənilən qurğulara qadağa qoyulub, çünki eskpertlərin fikrincə, bu qurğular tədqiqatları korlaya bilər.

​Burada keçərli olan qanunlardan biri - radioastronomik zonalaşdırma haqda Virciniya qanunu - hələ 1956-cı ildə yaradılıb. Həmin sənəd "istənilən radioastronomik obyektdən iki mil radiusda istənilən elektrik cihazını işə salmağı və ondan istifadə etməyi qadağan" edir. 

"Yadplanetli sivilizasiyaları aşkar etmək üçün GBT çox, həddən artıq həssas olmalıdır", - deyə "Populyar mexanika"nın əməkdaşı Mett Blits yazır. Astronomik hadisələrin tezliyi ilə adi WiFi modemləri kimi radiotezlik qurğularını müqayisə edən Blits deyir ki, onların səviyyəsi bərabərdir - yəni 2.4 GHz.

Rəsədxanada hətta "qaynar" radiotezlik nöqtələrinin müəyyən edilməsinə cavabdeh olan xüsusi heyət var. Onların işinin bir hissəsi ərazini dolaşaraq qeyri-qanuni radiodalğaları aşkarlamaqdır. Ancaq texnik Çak Nidey bildirir ki, indiki zəmanədə belə dalğaları buraxan qurğular həddən artıq çoxdur: "Bizdə tonlarla WiFi var. Amma rəsədxana işçilərinin sakinləri WiFi nöqtələrindən məhrum etməyə ixtiyarı yoxdur".

​"GBT - dünyanın ən həssas teleskopudur, -  deyə rəsədxananın saytının rəhbəri Karen O`Nil bildirib. - Biz ondan ulduzların, planetlərin, ümumiyyətlə həyatın yaranması kimi fundamental məsələlərin araşdırılmasında istifadə edirik. Əgər biz nə vaxtsa GBT-ni itirsək, o zaman Kainatda "qazıntı" aparmaq imkanından məhrum olacağıq".

60
Əlaqədar
İlon Maskdan yadplanetli açıqlaması: "Bilmək istəyərdim..."
ABŞ ordusu yadplanetli ovçularına xəbərdarlıq etdi – uzaq durun
"Gələcəkdən gələn" adam: "2030-cu ildə dünya ölkələri tək dövlət adı altında birləşəcək"
Yadplanetlilər var - Ehtimal günü-gündən artır
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Afina

Afinadan geriyə doğru addım! Yunanıstan Türkiyə ilə dialoqa hazırdır

4
(Yenilənib 12:33 04.08.2020)
Afinada baş tutan görüşdə tərəflərin Aralıq dənizindəki son vəziyyəti, Liviya böhranı və qaçqın məsələsini də nəzərdən keçirdikləri bildirilir.

BAKI, 4 avqust — Sputnik. Türkiyə ilə dialoqa hazırıq.

Sputnik Türkiyə xəbər verir ki, bunu Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Almaniyanın Şimal Ren-Vestfalya vilayətinin rəhbəri Armin Laşetlə həyata keçirdiyi görüşlərin yekunlarına dair keçirilən görüşdə bildirib.

Türkiyə ilə yaşanan gərginliyə toxunan Dendias qeyd edib ki, iki ölkə arasında tək anlaşılmazlıq qitə ərazisi və xüsusi iqtisadi zona ilə bağlıdır: "Türkiyə ilə dialoqa açığıq, lakin təhdid altında deyilik".

Bundan əlavə, Afinada baş tutan görüşdə tərəflərin Aralıq dənizindəki son vəziyyəti, Liviya böhranı və qaçqın məsələsini də nəzərdən keçirdikləri bildirilir.

4
Fəttah Heydərov, arxiv şəkli

Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib

0
(Yenilənib 13:07 04.08.2020)
Fəttah Heydərov ötən gecə 82 yaşında vəfat edib. Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları iştirak edib.

BAKI, 4 iyul – Sputnik. Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dəfn olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, F. Heydərov bu gün I Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları iştirak edib.

F. Heydərov ötən gecə 82 yaşında vəfat edib.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri olub.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olub. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.

SSRİ-nin “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.

20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 22 fevral 2013-cü ildə “Şərəf” ordeni, 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

0