NATO-nun Brüsseldə mənzil-qərargahı, arxiv şəkli

Bakıda NATO ilə bağlı narahatlıq: Bəzi ölkələr güc yolu diktə siyasətini davam etdirir

1228
(Yenilənib 13:27 30.10.2019)
"Çox təəssüflər olsun ki, bizim Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalmaqdadır".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr - Sputnik. Çox təəssüflər olsun ki, bizim Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalmaqdadır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında çıxışı zamanı MDB İcraiyyə Komitəsinin sədri – İcraçı katib Sergey Lebedev bildirib.

Katib vurğulayıb ki, MDB-yə üzv ölkələrdə bizim ümumi və həmçinin milli təhlükəsizliyimizin təmin olunması üçün müvafiq orqanlar arasında əməkdaşlığın və addımların koordinasiyasına xüsusi diqqət yetirilir: “İnteqrasiyanın bu sahəsi iştirakçı ölkələrin, həmçinin MDB-nin özünün sabitliyinin qorunması üçün önəmli faktorlardan biri olaraq qalır. Çox təəssüflər olsun ki, bizim Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalmaqdadır”.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında (solda)
© Sputnik / Eldar Tanryverdiyev
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında (solda)

O qeyd edib ki, strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı bizə məlum olan ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir: “Kosmik məkanda silah yerləşdirmək cəhdləri də davam etdirilir. Bizim birliyin Qərb sərhədlərində NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi, aktivliyini artırması xüsusi narahatlıq doğurur”.

 

1228