Polislər cinayətkar pişiyi iş başında yaxaladılar - VİDEO

© pixabay / bella67Qara pişik, arxiv şəkli
Qara pişik, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Görüntülərdə cəzaçəkmə müəssisəsinin əməkdaşlarının həbsxana ərazisində pişiyin arxası ilə qaçması əks olunur

BAKI, 24 oktyabr — Sputnik. Tatarıstanda 10 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları məhbuslara narkotik aparan pişiyi tutublar. Sputnik Azərbaycan xəbər verir ki, pişiyin təqib olunması kadrlarını "Tatar-inform" agentliyi məlumat yayıb.

Görüntülərdə cəzaçəkmə müəssisəsinin əməkdaşlarının həbsxana ərazisində pişiyin arxası ilə qaçması əks olunur. Pişik tutulduqdan sonra onun xaltasında həşiş aşkarlanıb. Maddə pişiklə birgə ekspertiza aparılması üçün polislərə verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0