Zərifdən sensasion çıxış - Səudiyyə Ərəbistanına getməyə hazıram

© © REUTERS/Lai Seng Sinİran Xarici işlər naziri Məhəmməd Cavad Zərif
İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif  - Sputnik Azərbaycan
Abunə olmaq
Zərif vurğulayıb ki, İran tərəfi Yəməndəki müharibənin dayandırılması üçün Ər-Riyad və Tehran arasında kompromisə dair səylər göstərən Pakistanın Baş naziri İmran Xanla əlaqəni kəsmir

BAKI, 21 oktyabr — Sputnik. İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıqlar üçün münasib şərtlərin olacağı təqdirdə Səudiyyə Ərəbistanına getməyə hazır olduğunu bildirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Zərif Yəmənin "Əl-Masira" telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, İran tərəfi Yəməndəki müharibənin dayandırılması üçün Ər-Riyad və Tehran arasında kompromisə dair səylər göstərən Pakistanın Baş naziri İmran Xanla əlaqəni kəsmir.

"İran regionda gərginliyin azaldılmasına istiqamətlənən istənilən təşəbbüsü dəstəkləyir və ilk növbədə yəmənlilər üçün önəmli olan Yəməndə müharibənin dayandırılması ilə bağlı istənilən planla bağlı əməkdaşlığa hazırdır", - deyə Zərif qeyd edib.

 

Xəbər lenti
0