Türkləri müzakirə edən aparıcı canlı yayımda şok yaşadı - VİDEO

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidKamera, çəkiliş
Kamera, çəkiliş - Sputnik Azərbaycan
Abunə olmaq
Gerrauey deyib ki, stilistin bu əməlinə reaksiyası elə onun "qurbanı"nınkı kimi olardı. Bu vaxt Şepard soruşub ki, Keytin saçından bir az kəsə bilərmi

BAKI, 18 oktyabr — Sputnik. Böyük Britaniyanın "Good Morning Britain" səhər şousunun aparıcısı Ben Şepard canlı yayımda həmkarı Keyt Gerraueylə zarafat edib.

Sputnik Azərbaycan bildirir ki, Benin Keytin saçını kəsdiyi anların videosu  verilişin Twitter-dəki hesabında paylaşılıb.

​Hadisə aparıcıların sosial şəbəkədə populyar olan videonu müzakirəsindən sonra baş verib. Orada türk telekanalının "Kuaförüm Sensin" verilişindən anlar əks olunub: qızın imicini dəyişərkən kişi bərbər onun saçını qədərindən artıq kəsir, vəziyyəti anlayan qız əvvəlcə çəkilişdən imtina edir, sonra isə ürəyi gedir.

Gerrauey deyib ki, stilistin bu əməlinə reaksiyası elə onun "qurbanı"nınkı kimi olardı. Bu vaxt Şepard soruşub ki, Keytin saçından bir az kəsə bilərmi. Benin əlində qayçını görən Keyt elə bilib ki, o, zarafat edir.

Həmkarı isə Keyt üzünü çevirən kimi bir topa saçı əlində tutaraq onu "kəsib". Keyt bu hadisədən şoka düşərək bir müddət danışıq qabiliyyətini itirib.

The Sun bildirib ki, sonra Şepard həmkarı ilə zarafat etdiyini etiraf edib. Sən demə, verilişdən əvvəl, Ben qrimçilərdən Keytin saçına bir az uzun saç yapışdırmağı xahiş edib. Efirdə "saçı kəsərkən" isə həmkarının imicinə heç bir xələl yetirməyib.

Xəbər lenti
0