Tramp tarixi yenidən yazır - Amerika lideri yenə təəccübləndirdi - VİDEO

© REUTERS / JONATHAN ERNSTAmerika lideri Donald Tramp
Amerika lideri Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Qədim Roma dövründən bəri ortaq mədəni və siyasi irsdən danışmış ABŞ prezidentinin bəyanatı Ağ Evin "Twitter" səhifəsində yerləşdirilib

BAKI, 18 oktyabr — Sputnik. Amerika lideri Donald Tramp ölkəsi və İtaliya arasında Qədim Roma dövründən bəri mədəni əlaqələrin olduğunu deyib. Sputnik Azərbaycan Ağ Evin "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Tramp bunu İtaliya Prezidenti Serco Mattarella ilə görüşdə bəyan edib.

"ABŞ və İtaliyanı Qədim Roma dövründən bəri min illik tarixi olan ortaq mədəni və siyasi bir irs birləşdirir", - Tramp deyib.

Amerika prezidentinin bu bəyanatı "Twitter" istifadəçilərini təəccübləndirib. Sosial media istifadəçilərindən biri tvitində yazıb: "Tarix dərsi: Qədim Roma eramızdan əvvəl 8-ci ərdə yaranıb və eramızın 5-ci əsrində süquta uğrayıb. ABŞ isə Müstəqillik bəyannaməsini 1776-cı ildə qəbul edib. Tarixi oxuyan və bilən prezident üçün darıxıram".

Lakin digərləri Trampın sözlərini Qədim Roma qanunlarının ABŞ Konstitusiyası ilə əlaqəsini vurğulayan bir metafora kimi qəbul ediblər.

Xəbər lenti
0