Suriyada ABŞ hərbi texnikası, arxiv şəkli

Türkiyə ABŞ arasında razılaşmanın detalları açıqlandı

661
(Yenilənib 12:22 18.10.2019)
Şərtlərə əsasən, Birləşmiş Ştatlar tərəfindən Türkiyəyə qarşı tətbiq olunan bütün sanksiyalar ləğv olunmalıdır

BAKI, 18 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pensin Ankarada baş tutan görüş zamanı əldə olunan razılaşmanın detalları açıqlanıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əldə olunan razılaşma 13 maddədən ibarətdir.

Razılaşmaya əsasən Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens
© Murat Kula/Presidential Press Office/Handout via REUTERS

Türkiyə və Suriya arasında əldə olunan razılaşmada, həmçinin qeyd olunub ki, YPG kürd terror təşkilatında olan iriçaplı silahlar toplanacaq, onların nəzarətində olan xəndəklər, səngərlər məhv ediləcək.

Bundan əlavə, YPG silahları 120 saat (5 gün ərzində) ərzində təhlükəsizlik bölgəsindən çıxmalıdır.

Əldə olunan razılaşmada, həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar tərəfindən Türkiyəyə qarşı tətbiq olunan bütün sanksiyalar ləğv olunmalıdır.

Xatırladaq ki, Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saat müddətinə dayandırıb.

Belə bir razılaşma ABŞ-ın vitse-prezidenti Maykl Pens və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankarada baş tutan görüşdə əldə olunub.

Razılaşmaya əsasən YPG 5 gün ərzində təhlükəsiz bölgədən geri çəkiləcək. ABŞ terrorçularının Türkiyənin Suriyada əməliyyat zonasından çıxarılmasına kömək edəcək.

ABŞ Prezidenti Donald Tramp danışıqların nəticəsi bəlli olandan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. ABŞ prezidenti "Twitter"dəki səhifəsində Türkiyə rəhbərinə minnətdarlıq ifadə edib.

Bundan başqa, o, ABŞ-ın Türkiyəyə qarşı yeni sanksiyalarına ehtiyac olmadığını deyib. Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə bəyanatla çıxış edərək, razılaşmanın atəşkəs olmadığını bildirib: "Bu, atəşkəs deyil, biz atəşə ara verdik. "Sülh bulağı" əməliyyatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq, terrorçular tamamilə ərazidən çəkilərsə, o zaman Fəratın şərqində tamamilə atəşkəs olacaq və bu halda mövcud sanksiyalar da aradan qaldırılacaq".

Çavuşoğlu deyib ki, Suriya ərazisində təhlükəsiz bölgə yaradılması ilə bağlı ABŞ-la razılaşma əldə olunub, amma 440 kilometr ərazidə bu bölgənin qurulması üçün oktyabrın 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq: "Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə heç bir terrorçunun qalmamasıdır və biz bu məqsədimizə nail olacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah-sursatlarını ərazidə qoyub getməlidirlər. Bu halda biz atəşkəs elan edəcəyik.

661