Prezidentin nəzarətində: Rusiya ballistik və qanadlı raketlərini buraxdı - VİDEO

© © Northern Fleet Press Service / Mediabanka keçidBallistik raket buraxılışı, arxiv şəkli
Ballistik raket buraxılışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Barens və Xəzər dənizlərində Şimal donanmasının və Xəzər dənizi flotiliyasının gəmiləri tərəfindən yüksək dəqiqlikli qanadlı raketlərin buraxılışı baş tutub

BAKI, 17 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında baş tutmuş "Qrom-2019" (İldırım-2019) adlı strateji təlimlər zamanı ballistik və qanadlı raketlərin buraxılışı baş tutub.

Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, təlimlərdə quru, dəniz və aviasiya qoşunları iştirak ediblər.

Raketlərin buraxılışı Milli Müdafiə İdarəetmə Mərkəzindən idarə edilib. Təlimlər zamanı Sakit okean və Şimal donanmalarının sualtı qayıqları Barens və Oxot dənizi akvatoriyasından ballistik raketlərin buraxılışını həyata keçiriblər.

Eyni zamanda, Barens və Xəzər dənizlərində Şimal donanmasının və Xəzər dənizi flotiliyasının gəmiləri tərəfindən yüksək dəqiqlikli "Kalibr" qanadlı raketlərin buraxılışı baş tutub.

Təlimlərdə həmçinin "Tu-95MS" təyyarələri iştirak ediblər. Onlar yerüstü hədəfləri qanadlı raketlər vasitəsilə vurublar.

Xəbər lenti
0