Berlin, arxiv şəkli

Baha başa gəldi: Rusiya əleyhinə sanksiyalardan Almaniya itirir

32
(Yenilənib 20:42 17.10.2019)
Berlində artıq etiraf edirlər ki, sanksiya müharibəsindən Avropada ən çox Almaniya zərər görüb. Ölkə 700 milyon dollara yaxın itki ilə üzləşib

BAKI, 17 oktyabr — Sputnik. Avropalı məmurların Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşündüyü bir vaxtda, iqtisadçılar Avropa İttifaqının (Aİ) itkilərini hesablayıblar. Məlum olub ki, hamıdan çox Almaniya zərər görüb. Belə ki, ölkə ikitərəfli məhdudiyyətlər səbəbindən hər ay təxminən 700 milyon dollar itirir. Bütün Aİ isə milyardlar dəyərində itki ilə üzləşib.

Mümkün itkilər

Sanksiyaların tətbiq olunmasından bir il sonra Beynəlxalq Valyuta Fondu iddia edirdi ki, Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 9 faiz azalacaq. 2017-ci ildə Avropa Parlamenti də oxşar bir bəyanat verib: Avropanın ÜDM-i 0,1-0,5 faiz azaldığı halda, Rusiya üçün bu göstərici 8-10 faiz təşkil edəcək.

Lakin BMT bir qədər fərqli mənzərəni təqdim edib: Moskva 55 milyard, Qərb isə 100 milyard dollar dəyərində itki ilə üzləşib.

İqtisadçılar Matye Kroze (Linnan Universiteti) və Yulian Hins (Kil Dünya İqtisadiyyatı İnstitutu) iddia edirlər ki, Qərbin sanksiyaları səbəbindən yaranan itkilərin yarıdan çoxu – ayda 2,2 milyard dollar (55 faiz) Rusiyanın payına düşür. Qalan 45 faiz isə (1,8 milyard dollar) sanksiyaların təşəbbüskarlarının payındadır. Bu göstəricilər "Dost atəşi: Rusiya əleyhinə sanksiyaların və əks-sanksiyaların ticarətə təsiri" adlı tədqiqat işində təqdim olunub. Yəni aydın olur ki, sanksiyaların vurduğu ümumi aylıq ziyan 4 milyard dollardır.

Lakin hamıdan çox Almaniya əziyyət çəkir. Ölkənin üzləşdiyi itkilər 667 milyon dollar səviyyəsində durur.

Fransa şirkətləri də sanksiyaların təsirindən kənarda qalmayıblar. Kroze və Hinsin tədqiqatında qeyd olunur ki, ixrac əməliyyatları itkiləri kompensasiya etməyə kömək etməyib.

Fikir ayrılığı

Moskvaya qarşı sanksiyaların təşəbbüskarı Vaşinqton olub. Sonradan Aİ də amerikalılara qoşulub. Hazırda ABŞ, Aİ və Yaponiya daxil olmaqla 37 ölkə anti-Rusiya sanksiyalarına riayət edir. Bu sanksiyaların yeridilməsindən dərhal sonra Moskvanın da cavabı gəlib. Belə ki, Rusiyanın cavab olaraq tətbiq etdiyi sanksiyalar siyahısına ABŞ, Aİ və bir sıra digər ölkələr düşüb.

Berlində isə artıq etiraf edirlər ki, sanksiya müharibəsindən Avropada ən çox Almaniya zərər görüb. Məsələn, yayda Bundestaqın deputatı Markus Fronmayer Kil Universitetinin mütəxəssislərinə istinadən bildirib ki, ölkənin itkiləri ayda 618 milyon avro (ildə 7,4 milyard avro, Aİ-nin itkilərinin 40 faizi) təşkil edib.

Bu arada Aİ daxilində Rusiya ilə bağlı fikir ayrılıqları artmaqdadır. Almaniya isə daha da aktiv şəkildə məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Belə ki, avqustda Bundestaqın iqtisadiyyat komitəsinin sədri Klaus Ernst Almaniya hökumətini sanksiyalardan çıxmağa çağırıb.

"Dərman təsir etmirsə onun qəbulunu davam etməyə və ya dozanı artırmağa dəymir", - Ernst deyib.

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin məlumatına görə, Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar Almaniyanın qərbindən çox şərqinə ziyan vurub. 2013-cü ildən 2018-ci ilədək Almaniyanın şərq vilayətlərinin Rusiya ilə ticarət dövriyyəsi orta hesabla 28,7 faiz azalıb. 

Halbuki ölkənin qərbi üçün bu rəqəm 17 faiz olub. Alman regionları sırasında ən çox Saksoniya zərər görüb – buradakı şirkətlər rusiyalı tərəfdaşları ilə dövriyyənin 72,5 faizini itiriblər. Bu göstərici Saksoniya-Anhalt vilayətində 24 faiz, Branderburqda 20,4 faiz, Türingiyada isə 19,9 faiz təşkil edib.

Parisin də ritorikası dəyişməkdədir. Hələ mayda Avropa Parlamentinin fransalı deputatı Nadi Morano qeyd edib ki, sanksiyalar Moskvaya siyasi təsir göstərməyib, lakin avropalı istehsalçılara real ziyan vurub.

Fransa Prezidenti Emmanuel Makron isə Rusiyanın Avropadan uzaqlaşdırılmasını "dərin strateji səhv" adlandırıb. Onun fikrincə, Moskva Suriyadan tutmuş Şimali Koreya məsələsinədək ən çətin qlobal problemlərin həllində Avropa İttifaqına kömək edə bilər.

Roma da məhdudiyyətlərə qarşı çıxır. Baş nazir Cüzeppe Konte qeyd edib ki, İtaliya Rusiyanın üzərindən sanksiyaların götürülməsi ilə bağlı işini davam etdirir.

Bu arada "Reuters" avropalı siyasətçilərin bu cür bəyanatlarının Aİ daxilində gərginliyin və fikir ayrılığının göstəricisi olduğunu qeyd edib.

32
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

4
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

4
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Millət vəkili Fəzail İbrahimli

"Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz"

26
(Yenilənib 12:34 26.11.2020)
"Onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik" - Fəzail Ağamalı

BAKI, 26 noyabr — Sputnik. "Həmkarlarım burada beynəlxalq hüquqdan danışırlar. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridirlər:

"Burada insanlıqdan nəsə gözləmək sadəlövhlük olar. Fransanın içi yanır, sürünür. Çünki Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, münaqişəni özləri həll etdilər. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağızla Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqqı-ədaləti tutub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır".

İclasda deputat Fəzail Ağamalı da çıxış edərək bildirib ki, Fransa Senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar: "Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

26
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda karantin rejimi zamanı insanlar

Böyük dövlətlərin oyunu "əjdaha" gənclərimiz - Bakılılara çənəni sevdirən qadağa - FOTO

2
(Yenilənib 14:38 26.11.2020)
"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram" - Bakı sakini

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Paytaxtda maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Şəhərimizin bəzi sakinləri isə belə düşünmürlər. Sputnik Azərbaycan bu gün paytaxt sakinlərinin karantin qaydalarına necə əməl etdiklərini müşahidə edib.

Əksər vətəndaşlar karantin qaydalarına əməl edərək maskalardan istifadə edirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Bəziləri isə maskanı sadəcə cərimə edilməmək üçün çənələrinin altına taxırlar.

Məsələn, Bakı sakini 56 yaşlı Əsəd Əliyev deyir ki, koronavirus infeksiyasının varlığına inanmır. Bakı sakini elə hesab edir ki, bu, dünyanı idarə edən ölkələrin oyunudur.

Maska taxmaq məsələsinə gəldikdə isə, o deyib ki, maskanı sadəcə cərimə edilməmək üçün taxır: "Görürsünüz ki, çənəmin altında maska var. Yəni qanuna tabe oluram. Amma xəstəliyə inanmıram".

Qeyd edək ki, paytaxtda daha çox yaşlılar karantin qaydalarına əməl etmirlər. Yaşı 60-ı ötmüş vətəndaşlar maska taxmağı əhəmiyyətli hesab etmirlər.

Gənclər isə maskanı çənənin altına taxmağa üstünlük verirlər.

İnsanların kütləvi toplaşdığı yerlərdə, məsələn, dayanacaqlarda sosial məsafəyə əməl edilməsə də, vətəndaşlar maska taxırlar.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Nigar Eyyubova deyir ki, pandemiya başlayan gündən maska taxıb. Və o, bunu hansısa məbləğdə cərimə edilməmək üçün yox, sağlamlığın önəmli olduğunu fikirləşdiyi üçün edib:

"Mənim evimdə yaşlı anam-atam var. Mən özümü qorumalıyam ki, onları da qoruya bilim. Virusun olduğuna inanıram. Belə yalan ola bilməz. Buna görə də, özümü qoruyuram ki, yoluxmayım. Maska da taxıram, çantamda spirt və antibakterial salfet də gəzdirirəm. Bacardığım qədər insanlarla yaxın ünsiyyətdə olmuram".

28 yaşlı Ələddin Məmmədov isə hesab edir ki, virus gənclərə yoluxmur. Yoluxsa da, gənclər bu xəstəliyi ağır keçirmirlər.

"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram. Cəmi 500 manat maaş alıram. Onun da 100 manatını cəriməyə versəm, nə qaldı ki..."

  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Ə.Məmmədov siqaret aludəçisi olduğu üçün maska taxmaq ona bəzən yorucu gəlir. Amma cərimə edilməmək üçün siqaret çəkmədiyi zamanlar da olur.

Şəhərimizdə qanunlara tabe olub maska taxanlar da var, cərimə edilməkdən qorxub maska taxanlar da, özünü xəstəlikdən qorumaq üçün maska taxanlar da... Maska taxmayanlar isə bunu maska almağa pulları olmaması ilə izah edirlər. Məsələn, süpürgəçi işləyən 58 yaşlı Naibə xanımın sözlərinə görə, hər gün maska almağa pulu çatmır. Deyir, özü üçün evdə xüsusi maska tikməyə də vaxtı yoxdur. Amma söz verir ki, bu həftəsonu qanunlara tabe olmaq adına özü üçün maska tikəcək.

Belə...

Xatırladaq ki, hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 200 manat məbləğində, hüquqi şəxslərə 400 manat məbləğində cərimə tətbiq edilir.

Eyni zamanda, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilirlər.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 400 manatadək, vəzifəli şəxslərə 3 min manatdan 4 min manatadək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq edilir. Hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək məbləğdə cərimə edilirdilər.

2
Teqlər:
cərimə, maska, qaydalar, Koronavirus, epidemiya, COVID-19, Bakı