"Bizi görən kimi döyüşlər avtomatik dayandırılır"

© REUTERS / OMAR SANADIKISuriyada Rusiya hərbi texnikası, arxiv şəkli
Suriyada Rusiya hərbi texnikası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər iki ölkənin hərbçiləri belə bir əməkdaşlığın konkret parametrlərini müəyyənləşdirməlidirlər" - Sergey Lavrov

BAKI, 17 oktyabr - Sputnik. Rusiya hərbi polisi Suriyanın şimalında daha əvvəl kürd yaraqlılarının nəzarətində olan Menbiçdə patrul nəzarətini həyata keçirməyə başlayıb. Bu barədə Sputnik Azərbaycan “1tv.ru”ya istinadən xəbər verir.

“Bizim hədəfimiz bu ərazidə patrul nəzarətini həyata keçirməkdir. Rusiya bayrağı, Rusiya hərbçiləri göründüyü zaman döyüşlər avtomatik dayandırılır. Nə türklər, nə də kürdlər bizə zərər vermək istəmirlər və bizim işimizin sayəsində döyüşlər dayandırılır”, - deyə patrul nəzarətini həyata keçirən rusiyalı hərbçi Səfər Səfərov bildirib.

Bu arada Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva Dəməşq və Ankara arasında praktik əməkdaşlığın qurulmasını istəyir: “Hər iki ölkənin hərbçiləri belə bir əməkdaşlığın konkret parametrlərini müəyyənləşdirməlidirlər. Biz belə bir dialoqun baş tutmasına yardım etməyə hazırıq”.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb.

ABŞ HHQ-nə aid F-35 qırıcı təyyarəsi - Sputnik Azərbaycan
ABŞ bu dəfə Suriyada öz obyektlərini vurdu
 Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 673 terrorçu zərərsizləşdirilib.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiya siyahısına artıq Türkiyənin Müdafiə və Energetika nazirlikləri və onlara rəhbərlik edən Hulusi Akar və Fatih Dönmez, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu düşüblər.

Bundan başqa, bir müddət öncə xəbər verilib ki, Vaşinqton Türkiyə istehsalı olan polad üçün tarifləri 50 faizədək artırmaq niyyətindədir.

Birləşmiş Ştatlar həmçinin Ankara ilə 100 milyard dollar dəyərində razılaşma ilə bağlı danışıqları dayandıracaq.

Xəbər lenti
0