Türkiyənin əməliyyatı Əsəd hakimiyyətinə 5 ildən sonra inanılmaz imkan yaratdı

© © SANA/Handout via REUTERSSuriya ordusunun əsgərləri, arxiv şəkli
Suriya ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kütləvi bombardmanlar və Birləşmiş Ştatların dəstəklədiyi kürd qruplaşmalarının fəaliyyəti nəticəsində Rakka dağıdılıb. Şəhər hələ də bərpa olunmayıb

BAKI, 17 oktyabr — Sputnik. Suriya ordusunun avanqardı 2014-cü ildən bəri ilk dəfə Suriyanın şimalında yerləşən Rakka şəhərinə daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə hərbi mənbə bildirib.

Agentliyin mənbəsi bildirib ki, hökumət qüvvələri öz müşahidə məntəqələrini qurub.

Qeyd edək ki, 2014-cü ildə "İraq və Şam İslam Dövləti" terror təşkilatı tərəfindən tutulub və paytaxt elan edilmişdi.

2017-ci ilin oktyabrında Beynəlxalq koalisiyanın dəstəyi ilə "Suriya Demokratik Qüvvələri" bir neçə ay davam edən əməliyyatdan sonra İŞİD-dən alınıb.

Kütləvi bombardmanlar və Birləşmiş Ştatların dəstəklədiyi kürd qruplaşmalarının fəaliyyəti nəticəsində Rakka dağıdılıb. Şəhər hələ də bərpa olunmayıb.

Suriya Xarici İşlər Nazirliyi Rakkanın azad olunması zamanı koalisiyanın fəaliyyətini soyqırım adlandırıb.

Xəbər lenti
0