Hələ belə şey olmamışdı: Rahibin səhvi gənclərə şok yaşatdı

CC0 / Jeremy Wong / weddingToy, arxiv şəkli
Toy, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toyda şahid kimi iştirak etməli olan iki yad adam, az sonra evləndiklərini biliblər, hələ də şokdadırlar

BAKI, 12 oktyabr — Sputnik. Böyük Britaniyada rahib toy mərasimində gəlinlə bəy əvəzinə təsadüfən sürücü ilə şahid qadının nikahını bağlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, səhvin üstü sənədlər qeydiyyata alınandan sonra açılıb.

Yeni ailə quranlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkədə otuz minədək nikah bağlanıb, 10 minədək ailə dağılıb

Məlumdur ki, Böyük Britaniyada bir çox nikahlar kilsədə qeydiyyata alınır. Bundan öncə isə evlənəcək şəxslər və mərasimin şahidləri müəyyən edilmiş sənədi imzalayaırlar.

Bu dəfə də belə olub. Sürücü və şahid qadın öz imzalarını atıb və bundan sonra müəyyən olunub ki, rahib səhvən onların adını yeni evlənəcək şəxslərin adının yerinə yazıb.

Hadisə barədə "zərərçəkənin" bacısı danışıb. Onun sözlərinə görə, sənədlər artıq doğum, evlilik və ölüm qeydiyyatı idarəsinə göndərilib.

"İndi mənim şahid olmalı olan qardaşım gəlinin rəfiqəsi ilə evlidir və biz bundan baş açmağa çalışırıq" – deyə bu barədə qız öz "Reddit" səhifəsində yazıb.

Qeyd edilib ki, səhvən evləndirilən oğlan başqa qızla görüşür və bir müddət əvvəl ona evlilik təklif edib.

Tam araşdırmadan sonra nikah ləğv ediləcək.

Xəbər lenti
0