Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenski Putinlə danışıqlarının stenoqramını yaymaqdan imtina etdi

10
(Yenilənib 23:37 10.10.2019)
Mən heç nə yayımlamayacağam. Çünki bilirəm ki, bu insanların geri qaytarılması və müharibənin dayandırılması prosesinə zərər verəcək

BAKI, 10 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının stenoqramlarını yayımlamayacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Ukrayna lideri qeyd edib ki, stenoqramların yayılması müsbət heç nə verməyəcək və Putinlə danışıqların dayanması ilə nəticələnəcək: "Mən heç nə yayımlamayacağam. Çünki bilirəm ki, bu insanların geri qaytarılması və müharibənin dayandırılması prosesinə zərər verəcək".

Qeyd edək ki, Vladimir Putinlə Vladimir Zelenski arasında telefon danışıqları bu ilin iyul və sentyabr aylarında baş tutmuşdu.

10