Banqkokda Mobile Expo sərgisində Huawei-in stendi, arxiv şəkli

Tramp "Huawei" şirkətini mütəəssir edib

589
(Yenilənib 18:35 10.10.2019)
Tramp administrasiyası Amerika şirkətlərinə Çin smartfonlarının istehsalçısı "Huawei"lə əməkdaşlıq etməyə razılıq verə bilər

BAKI, 10 oktyabr — Sputnik. ABŞ hökuməti bir sıra Amerika şirkətlərinə Çin smartfonlarının istehsalçısı "Huawei"lə əməkdaşlıq etməyə, eləcə də onu müxtəlif komponentlər və texnologiyalarla təmin etməyə razılıq verə bilər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Nəşrin məlumatına görə, bu qərarı şəxsən Prezident Donald Tramp verib. Eyni zamanda, o, bu qərarını adının açıqlanmadığı mütəxəssisin sözləri ilə əsaslandırıb. Dövlət başçısı Amerika şirkətlərinin "Huawei"yə hansı texnologiyaları və məhsulları ötürə biləcəyini açıqlamayıb. Sadəcə o məlumdur ki, bu məhsulların göndərilməsi ABŞ-ın milli təhlükəsizliyinə təsir göstərməməlidir.

"Huawei" ABŞ-ın sanksiyaları altına bu ilin may ayında düşüb. Həmin vaxt şirkət və onunla bağlı olan onlarla struktur qara siyahıya salınıb. Buna bəhanə olaraq istifadəçilərin şəxsi məlumatlarının toplanaraq Çinin xüsusi xidmət orqanlarına ötürülməsi barədə şübhələr göstərilib.

Sözügedən sanksiya ABŞ-da qeydiyyatdan keçən və orada fəaliyyət göstərən bütün şirkətlərə "Huawei"lə əməkdaşlığı qadağan edir. Bu qayda pozulacağı təqdirdə, bütün məhdudiyyətlər onlara da şamil ediləcək. Bu səbəbdən, "Huawei" Android əməliyyat sisteminə özünün bütün yeni cihazlarının girişini itirmək təhlükəsi ilə üzləşib.

Nəticədə Vaşinqton məhdudiyyətləri bir neçə dəfə yumşaldıb və Çin şirkətinə müddət təyin edib. "Huawei"in rəhbəri Jen Çjenfey sanksiyalardan dəyən mümkün zərəri 100 milyon dollar dəyərində qiymətləndirib.

589
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusdan ölənlərin sayı 170-ə çatdı

6
(Yenilənib 12:44 03.06.2020)
Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 800-ə çatıb.

BAKI, 3 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 10524-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 515 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 170-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3454 olub. Hazırda bu ölkədə olan 6841 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 800-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Vaşinqton küçələrində zirehli avtomobillər, arxiv şəkli

Özlərinə qənim kəsilənlər - Rusiya Çinin ABŞ-a edə bilmədiklərini Donald Tramp edir

148
(Yenilənib 12:16 03.06.2020)
O, vurğulayıb ki, hərbçilər "yüksək hərbi hazırlıq vəziyyətindədir", lakin ölkə rəhbərliyinə yardım etmir.

BAKI, 3 iyun — Sputnik. Qaradərili Corc Floydun ölümündən sonra baş qaldıran iğtişaşlarla bağlı 1,6 minə yaxın hərbçi paytaxt Vaşinqton ətrafına yerləşdirilib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman bildirib.

"Həqiqi hərbi xidmət keçən hərbçilər Vaşinqtonun özündə yox, paytaxt regionun bazalarında yerləşdirilib", - deyə Hofman qeyd edib.

O, vurğulayıb ki, hərbçilər "yüksək hərbi hazırlıq vəziyyətindədir", lakin ölkə rəhbərliyinə yardım etmir.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.

148
Bakı məktəblərin birində, arxiv şəkli

Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlandı

0
(Yenilənib 15:25 03.06.2020)
Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.

0