Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Suriya əməliyyatından danışdı, 109 terrorçu öldürülüb

26
(Yenilənib 16:42 10.10.2019)
Dövlət başçısı: "Bu terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərkən buna səssiz qala bilməzsiniz"

BAKI, 10 oktyabr — Sputnik. Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı zamanı indiyə qədər 109 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yerli təşkilatların sədrlərinin genişləndirilmiş toplantısında deyib.

Ərdoğan eyni zamanda NATO üzvü olan bütün ölkələrə səslənib: "Biz Türkiyəyik. Biz NATO üzvü olan bir ölkəyik. 5-ci maddəni çox yaxşı bilirlər. Bu terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərkən buna səssiz qala bilməzsiniz".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan "Sülh Bulağı" əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyirlər.

26
Mövzu:
Türkiyə ordusu Suriyada (51)
Laboratoriya, arxiv şəkli

Ən böyük vaksin istehsalçısından ümidverici xəbər

14
(Yenilənib 20:15 28.05.2020)
Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

BAKI, 28 may — Sputnik. Bu gün bütün dünyada yayılan COVİD-19 virusu ilə əlaqədar olaraq bir neçə ölkə vaksin istehsalına başlayıb. Artıq müxtəlif firmalar 2021-ci il üçün COVİD-19 əleyhinə istehsalı nəzərdə tutulan vaksinlərlə bağlı müəyyən məlumatları açıqlayırlar.

Sputnik Azərbaycan-ın “The Guardian”a istinadən xəbərinə görə,  dünyanın ən böyük vaksin istehsalçılarından olan “GlaxoSmithKline” (GSK) 1 milyard dozada COVİD-19 əleyhinə vaksinin istehsalı nəzərdə tutur. Hazırda şirkət tərəindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət fransız dərman istehsalçısı olan, bu sahədə ixtisaslaşmış, dünyaca məşhur Sanofi şirkətilə birgə işlərə başlayıb.

14
 Koronavirus testi, arxiv şəkli

Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır

16
Aparılmış tədqiqatlardan belə məlum olub ki, SARS-CoV2 virusuna palçıq sularında daha sıx rast gəlinir.

BAKI, 28 may - Sputnik. Dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılır. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbulun hər rayonunda tullantı sularında virus aşkarlanıb. Virusun sularda görülmə sıxlığı rayonlara görə dəyişir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ölkənin Su İnstitutu İdarəsi ilə birgə bu istiqamətdə araşdırmaların aparılacağını və mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanacağını bildirmişdi.

Bu istiqamətdə araşdırmalar İstanbulla yanaşı, ölkənin bir neçə şəhərində də aparılıb. Bu məqsədlə üç xüsusi laboratoriya fəaliyyətə başlayıb. Tədqiqatlardan məlum olub ki, SARS-CoV2 virusuna palçıq sularında daha sıx rast gəlinir. Bəzi şəhərlərdə yoluxanların sayının az olmasına baxmayaraq, tullantı sularında virus müşahidə olunub.

16
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

0
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

0