Türk hava güvvələrinə məxsus qırıcı təyyarə, arxiv şəkli

Türkiyə daha bir ölkədə əməliyyat keçirdi

43
(Yenilənib 14:20 10.10.2019)
"Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə Zap və Qara bölgələrində keçirilən əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib

BAKI, 10 oktyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə Zap və Qara bölgələrində keçirilən əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib. Hazırda anti-terror əməliyyatları davam edir.

43
Koronavirus? arxiv .'kli

Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı

0
(Yenilənib 21:10 27.05.2020)
“Bu yeni virus əvvəllər insan orqanizmində olmasa da, hazırda insan reseptorları ilə heyrətamiz dərəcədə möhkəm bağlantı qurur. Bu da çox təəccüblüdür”

BAKI, 28 may — Sputnik. Avstraliyalı alimlər SARS-CoV-2 koronavirusunun onu başqalarından fərqləndirən xüsusiyyətini aşkarlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Daily Mail" yazır.

Mütəxəssislər tədqiqat apararaq bir sıra canlı orqanizmlərin infeksiyaya qarşı dayanıqlığını aşkarlayıblar. Onlar qeyd edirlər ki, koronavirus ACE2 reseptoruna sivri uclu zülalla yapışır və o nə qədər bərk yapışarsa, onun orqanizmdən rədd olması bir o qədər çətinləşir.

Məlum olub ki, koronavirus digər canlıların deyil, məhz insanın hüceyrələrinə adaptasiya olunur. Hətta yarasalarda qeydə alınan xəstəliyin ştammı da öz daşıyıcılarına uyğunlaşmayıb. Mütəxəssislər, həmçinin müəyyən ediblər ki, koronavirus məhz insanlar arasında bu qədər geniş yayılıb.

“Bu yeni virus əvvəllər insan orqanizmində olmasa da, hazırda insan reseptorları ilə heyrətamiz dərəcədə möhkəm bağlantı qurur. Bu da çox təəccüblüdür”, - deyə Flinders Universitetinin professoru Nikolay Petrovski deyib. 

O qeyd edib ki, bir qayda olaraq viruslar yeni növlərin yoluxması zamanı tədricən uyğunlaşırlar, amma COVID-19 “ilk gündən dəyişməyə ehtiyacı olmadan tamamilə optimallaşdı”.

0
 İstanbulda COVİD-19-da ölən şəxs, arxiv şəkli

Türkiyədə ölənlərin sayı artdı

8
(Yenilənib 22:11 27.05.2020)
Sutka ərzində COVID-19-a daha 1 035 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 159 797 təşkil edir.

BAKI, 27 may — Sputnik. Bu gün Türkiyədə koronavirusdan daha 34 nəfər ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 431-ə çatıb.

Nazir sosial şəbəkədə bildirib ki, sutka ərzində COVID-19-a daha 1 035 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 159 797 təşkil edir.

Son gün ərzində Türkiyədə daha 1 286 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 122 793-ə çatıb.

8