Saturn

Yeni aylar üçün ad axtarırlar

32
(Yenilənib 01:03 10.10.2019)
Qaydalara görə, adlar inuit, skandinav və qall mifologiyasına aid olmalıdır. Müsabiqə 2019-cu il dekabrın 6-dək davam edəcək

BAKI, 10 oktyabr — Sputnik. ABŞ-ın Karnegi İnstitutunun bir qrup alimi Saturnun daha 20 peykini aşkar edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, beləliklə, qazlardan ibarət nəhəng planet peyklərinin sayına görə Günəş sisteminin rekordçusuna çevrilib.

Kəşfdən sonra Saturnun ətrafında ümumilikdə 82 peykin fırlandığı təsbit edilib. Əvvəlki rekordçu Yupiterin isə 79 peyki var.

Saturnun yeni aşkarlanmış peyklərinin hamısının diametri 5 km-ə yaxındır. Onlardan 17-si planetin öz oxu ətrafında hərəkətinin əksinə fırlanır. Onların bir tam dövrü 2-3 il təşkil edir. 

Hazırda alimlər yeni aşkar etdikləri aylar üçün ad seçirlər və bunun üçün saytda müsabiqə elan ediblər. Qaydalara görə, adlar inuit, skandinav və qall mifologiyasına aid olmalıdır. Müsabiqə 2019-cu il dekabrın 6-dək davam edəcək.

32
Teqlər:
planet, peyk, Ay, kosmos