Hasake əyalətində Ras əl Ayn şəhərinin bombalanması zamanı bir qadın

Türkiyənin Suriyadakı əməliyyatından ilk VİDEOGÖRÜNTÜ

119
(Yenilənib 22:38 09.10.2019)
Türkiyə ordusu Haseke əyalətində Darbasiyyə, Malikiyyə, Qamışlı, Rəkkada isə Tell-Əbyad və Ayn-İsa şəhərlərinə aviazərbələr endirib

BAKI, 9 oktyabr — Sputnik. Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatı çərçivəsində ilk aviazərbələrin görüntüləri yayılıb.

Sputnik Azərbaycan bildirir ki, "Anadolu" agentliyinin yaydığı kadrlarda həm döyüş tapşırığı üçün havalanan qırıcılar, həm də ilk zərbələrin nəticələri əks olunub.

Əməliyyatın başlanması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O vurğulayıb ki, Türk ordusu "Sülh bulağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək.

Suriyanın dövlət telekanalı "Ikhbariya" məlumat yayıb ki, Türkiyə ordusu Haseke əyalətində Darbasiyyə, Malikiyyə, Qamışlı, Rəkkada isə Tell-Əbyad və Ayn-İsa şəhərlərinə aviazərbələr endirib.

119
Teqlər:
aviazərbə, hərbi əməliyyat, Suriya, Türkiyә
Əlaqədar
Türk ordusu Suriyaya daxil oldu – "Sülh bulağı" gerçəkləşir
Türkiyə öz göbəyini özü kəsmək niyyətindədir
Türkiyə ABŞ-ın təhdidlərinə necə reaksiya verəcək - politoloq şərhi
Britaniyadan əməliyyat öncəsi Türkiyə ilə bağlı kritik açıqlama
İran Türkiyənin Suriyadakı əməliyyatına qarşı çıxdı - Zərər görəcəksiniz