SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrovun bir çıxışı Paşinyanla Mnatsakanyanın arasını necə vurdu – Təfərrüat

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidМинистр иностранных дел России Сергей Лавров (справа) и министр иностранных дел Армении Зограб Мнацаканян во время встречи
Министр иностранных дел России Сергей Лавров (справа) и министр иностранных дел Армении Зограб Мнацаканян во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Baş naziri artıq neçənci dəfədir ki, Mnatsakanyanın istefaya gedə biləcəyinə dair fikirlər səsləndirib.

BAKI, 9 oktyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Rusiya tərəfi ilə işinə görə ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın fəaliyyətindən narazıdır. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Past" nəşri məlumat yayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov oktyabrın əvvəli Valday forumunda çıxışı zamanı bildirmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində sıx dostluq şəraitində çalışırlar: "Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir".

Nəşr yazır ki, Paşinyan Lavrovun bu gözlənilməz və sərt bəyanatına görə əsəbiləşib.

"Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını xatırlatmaqla rusiyalı nazir praktiki olaraq erməni tərəfini günahlandırıb və bunu ilk dəfə edib. Bununla əlaqədar Paşinyan hesab edir ki, Mnatsakanyan öz işini layiqincə görməyib və Rusiya tərəfinə onun bəyanatının mənasını, erməni tərəfinin mövqeyini izah etməyib", - deyə nəşr yazır.

Nəşr yazır ki, Ermənistanın Baş naziri artıq neçənci dəfədir ki, Mnatsakanyanın istefaya gedə biləcəyinə dair fikirlər səsləndirib.

Xəbər lenti
0