Suriyada Türkiyə və ABŞ hərbçiləri

Putin Suriyaya görə Ərdoğan Trampla danışmayıb

22
(Yenilənib 19:11 08.10.2019)
Əməliyyatda məqsəd Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir

BAKI, 8 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin hələki Suriya ətrafında baş verənlərlə bağlı ABŞ və Türkiyədən olan həmkarları Donald Tramp və Rəcəb Tayyib Ərdoğanla əlaqə yaratmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik buna dair yeni bir məlumat yoxdur", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq.

Ərdoğan isə bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.

22