Robert Koçaryan, arxiv şəkli

Yerevanda gərgin anlar, Koçaryan həbsxanadan xəstəxanaya köçürüldü

25
(Yenilənib 12:19 08.10.2019)
Daha əvvəl Soqomonyan bildirib ki, Ermənistanın ikinci prezidentinin səhhətində ciddi problem yoxdur və qısa müddət sonra Koçaryanın səhhəti tamamilə bərpa olunacaq

BAKI, 8 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryan "İzmirlyan" tibb məntəqəsinə köçürülüb. Sputnik Ermənistan xəbər verir ki, sabiq prezident bu tibb müəssisəsində əməliyyat olunacaq.

Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© AP Photo / Gerard Julien

Xatırladaq ki, həbsdə olan Koçaryan daha əvvəl iki dəfə "İzmirlyan" klinikasında tibbi müayinədən keçib.

Bu arada sabiq prezidentinin ofisinin rəhbəri Viktor Soqomonyan "Sputnik Ermənistan"ın əməkdaşına bildirib ki, Koçaryan hələlik əməliyyat olunmayacaq: "O, bir daha müayinədən keçiriləcək".

Koçaryanın səhhətində hansı problemin olması açıqlanmır.

Qeyd edək ki, daha əvvəl Soqomonyan bildirib ki, Ermənistanın ikinci prezidentinin səhhətində ciddi problem yoxdur və qısa müddət sonra Koçaryanın səhhəti tamamilə bərpa olunacaq.

25
Teqlər:
həbs, xəstəxana, Ermənistan, Robert Koçaryan
Əlaqədar
Partiya sədri çətin vəziyyətdə - Sarqsyan və Koçaryanı...
Yerevanda Koçaryanı "bölüşdürə" bilmədilər - polis iki nəfəri saxladı
"Qələbə! Robert Koçaryanı ittiham etdilər" – Yerevanda kütləvi yürüşlər başladı
Sarqsyan və Koçaryanın ailələri peşəkar korrupsionerdirlər – Paşinyan
Məhkəmə pula da yox dedi – Koçaryan həbsxanada qaldı