Yerevanda təcili tibbi yardım maşını, arxiv şəkli

Ermənistanda atışma: öldürülənlər arasında "Qoyun oğrusunun oğlu" da var

28
(Yenilənib 15:33 05.10.2019)
Üç nəfər ölüb, beş nəfər isə yaralanıb. Hadisəni törətmiş şəxs tapılıb və cinayəti törətdiyini etiraf edib

BAKI, 5 oktyabr — Sputnik. Ermənistanın Vanadzor şəhərində (Lor vilayəti) oktyabrın 5-nə keçən gecə silahlı insident baş verib.

Sputnik Ermənistan xəbər verir ki, gecə saatlarında Miçurin küçəsində yerləşən fərdi evlərdən birindən atışma səsləri eşidilib.

Məlumata görə, atışma şəxsi münaqişə zəminində baş verib. Belə ki, 46 yaşlı kişi mübahisə zamanı atəş açmağa başlayıb. Nəticədə üç nəfər ölüb, beş nəfər isə yaralanıb. Hadisəni törətmiş şəxs tapılıb və cinayəti törətdiyini etiraf edib.

Hadisə yerinə gələn həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində güllə yaraları olan iki kişi meyidi tapıblar.

Sputnik Ermənistan ölkə polisinə istinadən xəbər verir ki, atışmada 30 yaşlı Andranik Ohanyan və Qor Qriqoryan, eləcə də 25 yaşlı David Ohanyan öldürülüblər. Ohanyan xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Bir qədər əvvəl verilən məlumatlarda öldürülənlər arasında "Qoyun oğrusunun oğlu Andruşik" ləqəbli kriminal avtoritetin olduğu deyilirdi. Onun əvvəllər qətl törətdiyinə görə məhkum olunduğu bildirilir.

Bundan başqa, atışma zamanı 21, 25, 26, 28 və 29 yaşlı şəxslər güllə yaraları alıblar. Onlar xəstəxanaya aparılıblar.

28
Teqlər:
kriminal avtoritet, ölənlər və yaralılar, atışma, Ermənistan
Antoniu Quterreş, arxiv şəkli

BMT Baş katibi Azərbaycan Ermənistana müraciət etdi  

16
(Yenilənib 09:36 14.07.2020)
Antonio Quterreş tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırıb

BAKI, 14 iyul – Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

“Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır”, - məlumatda belə deyilir.

16
İtaliyada epdimioloji vəziyyət

Hələ gözlənilmir! Avropa iqtisadiyyatı vaxt bərpa olacaq?

17
(Yenilənib 23:27 13.07.2020)
Avropa pandemiyanın bir neçə il davam etməsinə və ardınca yeni epidemiyaların gəlməsinə hazırlaşmağa başlamalıdır.

BAKI, 14 iyul — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələrinin real ümumi daxili məhsulu (ÜDM) 2019-cu ilin səviyyəsinə yalnız 2022-ci ildə qayıdacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin Direktoru Poul Tomsen məqaləsində bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Aİ ölkələrinin real ÜDM-i 9,3 faiz azalacaq və yalnız bundan sonra tədricən bərpa olmağa başlayacaq.

Tomsen qeyd edir ki, iqtisadiyyatın artım tempinə koronavirusdan effektiv dərmanın yaradılması və ya xəstəliyin yeni dalğaları əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Ekspert həmçinin deyib ki, böhrandan sonrakı iqtisadiyyat xeyli yenidənqurma tələb edəcək. O qeyd edib ki, hakimiyyət pandemiyanın bir neçə il davam etməsinə və ardınca yeni epidemiyaların gəlməsinə hazırlaşmağa başlamalıdır. Məhz buna görə də Avropa ölkələri uzun müddət ərzində sosial distansiya tədbirlərinə əməl etmək üçün yararlı olan yeni və daha ekoloji iqtisadiyyata can atmalıdır.

17
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

0
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0