BAKI, 5 oktyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi şəhər bayramı – “Tbilisoba” qeyd olunur.
Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, festival dörd əsas məkanda – Rike parkı, Leqvtaxevi dərəsi, Metexi körpüsü və Orbeliani meydanında təşkil olunub.
Tbilisi meriyasının təşəbbüsü ilə Orbeliani meydanında Gürcüstan paytaxtı ilə qardaşlaşmış və tərəfdaş şəhərlərin pavilyonları qurulub. Tbilisinin 1997-ci ildən tərəfdaş şəhəri olan Azərbaycanın paytaxtı Bakı ayrıca geniş pavilyonla təmsil olunub. Bakı guşəsində Azərbaycanın milli mədəniyyət, incəsənət, mətbəx və şirniyyat nümunələri, suvenirlər və ölkənin turizm imkanlarının əks olunduğu jurnal və broşürlər təqdim olunub.
Bakı pavilyonu Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə yaradılıb. Pavilyon “Tbilisoba” bayramının yerli və əcnəbi ziyarətçilərinin böyük marağına səbəb olub. Pavilyona Tbilisidə səfərdə olan xarici turistlərlə yanaşı, azərbaycanlı turistlər də baş çəkiblər.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Bakı pavilyonunu ziyarət edib. O, guşədə sərgilənən Azərbaycanın milli musiqi alətləri ilə maraqlanıb.
Bakı pavilyonu sahəsinin genişliyi və daha rəngarəngliyi ilə seçilib. Guşəyə Türkiyə, Belarus və digər ölkələrin səfirləri də baş çəkiblər.
Oktyabrın 6-da da davam edəcək Tbilisi şəhər festivalı çərçivəsində uşaq konsertləri və atraksionları, gül, şirniyyat və kulinariya festivalları, rəngərəng karnaval, idman yarışları və yarmarkalar keçiriləcək.
Qeyd edək ki, “Tbilisoba” bayramı ilk dəfə 1979-cu ildə keçirilib. Builki bayram sayca 35-cidir. Gürcüstanda 1989-cu ildən 1994-cü ilə qədər ağır sosial-iqtisadi vəziyyətə görə bayram qeyd olunmayıb.
2018-сi ilə qədər bayram hər il oktyabr ayının son günlərində təşkil olunub. Ötən ildən başlayaraq isə “Tbilisoba” oktyabr ayının ilk şənbə-bazar günləri qeyd olunur.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 16 yanvar — Sputnik. Məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək: "Bu barədə detalları Təhsil Nazirliyi özü açıqlayacaq. Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq".