Putin Yerevanda Koçaryanla görüşdü

© AP Photo / Gerard JulienПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflərin əsas müzakirə mövzusu Robert Koçaryanın həbsi və bununla bağlı hakimiyyətin atdığı addımlar olub

BAKI, 2 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Yerevana səfəri zamanı həbsxanada olan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb.

Президент РФ Владимир Путин и премьер-министр Армении Никол Пашинян (слева)  - Sputnik Azərbaycan
Putin Yerevanda gürcü jurnalistə cavab verdi: “Həmişə vədimizi yerinə yetiririk”
 Bu barədə Sputnik Azərbaycan "168 jam" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, görüş Rusiyanın Ermənistandakı səfirliyində baş verib. Putin və Koçaryan çay süfrəsi arxasında uzun müddət söhbət ediblər.

Tərəflərin əsas müzakirə mövzusu Robert Koçaryanın həbsi və bununla bağlı hakimiyyətin atdığı addımlar olub.

Xatırladaq ki, Rusiya prezidenti ötən gün Avrasiya İqtisadi İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana səfər edib. O, Yerevanda Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti Həsən Ruhani ilə görüş keçirib.

Xəbər lenti
0