Ankara və Vaşinqtonun işbirliyi pozuldu – "Bir gün də itirə bilmərik"

© REUTERS / MURAD SEZERSuriyada Türkiyə və ABŞ hərbçiləri
Suriyada Türkiyə və ABŞ hərbçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ankaranın arzusu başadüşüləndir. Çünki ABŞ-ın nəzarətində olan Suriya regionundan terrorçuların axınına səbəb olan çətinliklər meydana gəlib

BAKI, 1 oktyabr — Sputnik. "Təəssüf ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılmasına dair arzu etdiyimiz nəticələrin heç birini əldə edə bilmədik". Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

"Təəssüf ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılmasına dair arzu etdiyimiz nəticələrin heç birini əldə edə bilmədik. Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmayıb. Türkiyə bir gün belə, itirə bilməz", - deyə Ərdoğan Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair razılığa gəlinmədiyinə işarə edib.

Patriot raket sistemi - Sputnik Azərbaycan
Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasına dair ABŞ-la apardığı danışıqların iki həftə ərzində nəticə verməyəcəyi təqdirdə öz planlarını işə salacağını bildirmişdi.

Sentyabrın 28-də isə Nyu-Yorkda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirmişdi ki, rəsmi Ankaranın Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq arzusu başadüşüləndir.

"Ankaranın arzusu başadüşüləndir. Çünki ABŞ-ın nəzarətində olan Suriya regionundan terrorçuların axınına səbəb olan çətinliklər meydana gəlib." - deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Moskva üçün Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsi önəm daşıyır. Çünki söhbət bu ölkənin ərazi bütövlüyü və suverenliyindən gedir.

Lavrov vurğulayıb ki, amerikalılar regionda kürdlərdən istifadə edir və "yerli özünüidarə orqanlarının yaradılması ilə bağlı konkret addımlar atılır".

Xəbər lenti
0