BAKI, 29 sentyabr — Sputnik. Çili sahillərində Rixter şkalası ilə 6.6 bal gücündə zəlzələ olub.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Milli Seysmoloji Xidmət məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 15.57-də, Konstitusyon şəhərindən 70 km aralıda, 30.9 km dərinlikdə baş verib.
Xəsarət alanlar, mümkün ziyan və sunami təhlükəsi barədə hələlik məlumat verilmir.
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.
BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olduğu son həftələr ərzində Corciya ştatında prezident seçkilərinin nəticələrini dəyişmək üçün ədliyyə naziri vəzifəsini icra edən şəxsi daha loyal biri ilə əvəz etmək istəyirmiş. Bu barədə New York Times öz mənbələrinə istinadən xəbər verir.
Qəzetin məlumatna əsasən, Ədliyyə nazirliyinin işçilərindən biri olan Ceffri Klark Trampla birlikdə Ceffri Rozenin ədliyyə naziri vəzifəsini icra edən postundan kənarlaşdırılması barədə plan hazırlayıb. Planın səbəbi Rozenin Corciya ştatındakı seçki nəticələrini dəyişmək üçün Trampın xahişlərinə rədd cavabı verməsi imiş.
Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb. Öz növbəsində Ceffri Klark belə bir planda iştirakını təkzib edib. Tramp isə şərh verməkdən imtina edib.
Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdən sonra Tramp qalib gəldiyini bildirərək, seçkilərinin nəticəsini məhkəmə yolu ilə dəyişmək istəyib. Lakin seçənlər Co Baydeni prezident elan ediblər. Co Baydenin andiçməsi yanvarın 20-də keçirilib.