Türkiyəyə zəlzələ xəbərdarlığı gəldi: Qiyamətin işarəsi görünür

© AFP 2023 / OZAN KOSEIstanbul, arxiv şəkli
Istanbul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin vaxt təbii fəlakət nəticəsində hər 100 nəfərdən 5-i ölüb. Hazırda əhalinin sayı nəzərə alınarsa, bu gün belə bir zəlzələ nəticəsində nə qədər adamın öləcəyini hesablamaq olmaz

BAKI, 28 sentyabr — Sputnik. İstanbulda baş verən 5,8 ballıq zəlzələdən sonra Türkiyə gündəminə yenidən zəlzələ məsələsini gətirib.

Xınalıq kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xınalıq sakinləri titrəyişdən oyandılar

Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, illərdir Mərmərə dənizində zəlzələ mövzusunda araşdırmalar aparan professor doktor Mikdat Kadıoğlu bütün ölkə rəhbərliyindən təcili "Zəlzələ səfərbərliyi" elan etməsini istəyib.

Kadıoğlu eyni zamanda bu məsələyə diqqəti çəkmək üçün imza kampaniyası da başladıb.

"İstanbulda tez və gec böyük bir zəlzələ olacaq. Gündəlik işlərlə yanaşı bu zəlzələyə də hazırlıq görməliyik. Zəlzələdən ən az zərərlə çıxmağımız üçün hazırlıq işlərini səfərbərlik halında aparmalıyıq. Bu mövzu hər zəlzələdə gündəm olub, daha sonra unudulacaq bir mövzu deyil", - deyə Kadıoğlu vurğulayıb.

Mərmərə dənizində dörd tektonik piltənin olduğunu xatırladan Kadıoğlu 1509-cu ildə bu piltənin biri üzərində zəlzələ olduğunu bildirib: "Buna həmin vaxt "kiçik qiyamət" deyilib. Həmin vaxt təbii fəlakət nəticəsində hər 100 nəfərdən 5-i ölüb. Hazırda əhalinin sayı nəzərə alınarsa, bu gün belə bir zəlzələ nəticəsində nə qədər adamın öləcəyini hesablamaq olmaz. Lakin böyük bir qiyamətin işarəsi görünür. Böyük bir xaos yaşana bilər. Belə bir zəlzələyə hazır olmaq üçün milli səfərbərlik başlatmalıyıq". 

Xatırladaq ki, sentyabrın 26-ı Bakı vaxtı ilə saat 14:59-da İstanbuldan 68 kilometr qərbdə Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 7 kilometr dərinlikdə olub. 5,8 ballıq zəlzələdən sonra İstanbulda ən yüksəyi Rixter cədvəli ilə 4,4 və 3,2 bal gücündə olan 100-dən çox titrəyiş qeydə alınıb.

Xəbər lenti
0