İstanbulu güclü zəlzələ titrətdi

CC0 / Falco / Istanbulİstanbul, arxiv şəkli
İstanbul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı təkanlar Bakı vaxtı ilə 14:59-da İstanbuldan 68 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin episentri 12 kilometr dərinlikdə olub

BAKI, 26 sentyabr — Sputnik. İstanbulda Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə 14:59-da İstanbuldan 68 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin episentri 12 kilometr dərinlikdə olub.

Təbii fəlakət nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilmir.

Xəbər lenti
0