İsrail vətəndaşlarına xəbərdarlıq etdi – Azərbaycana səfər etməyin

CC0 / RainerPrang / airportAeroport, arxiv şəkli
Aeroport, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda "İranı əhatə edən ölkələrə" – Azərbaycan, Gürcüstan, Ermənistan, Türkmənistan, Fars körfəzi ölkələri, Mərkəzi Asiya regionuna getməməyi tövsiyə edilir.

BAKI, 25 sentyabr — Sputnik. İsrailin Milli Təhlükəsizlik üzrə Dövlət Qərargahı israillilərə Azərbaycan və Rusiyaya getməyi tövsiyə etmir. Sputnik Azərbaycan bu barədə İsrail KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən qərargah sentyabr-oktyabr aylarında keçirilən bayramlarla (Roş ha-Şana, Yom-kipur və Sukkot) əlaqədar turistlər üçün xəbərdarlıq məlumatı yayıb.

Qız Qalası, arxiv şəkli - Sputnik Azərbaycan
"Yaxşı imic" üçün imkan: turizm sektorunu yeniliklər gözləyir

Xəbərdarlıqda israillilərə bu bayramlarda Sinay yarımadasına getmək məsləhət görülmür. Bundan əlavə, qərargah ölkə vətəndaşlarına Türkiyə, Hindistan, Pakistan, İordaniya və Misirə də getməməyi məsləhət görür. Məlumatda qeyd olunur ki, bu ölkələrdə islamçı-terrorçuların inkişaf etmiş infrastrukturu var.

Ümumilikdə qərargahın yaydığı məlumatda bu və ya digər dərəcədə 40 ölkəyə təhlükəli ölkələr siyahısına daxil edilib.

Məlumatda "İranı əhatə edən ölkələrə" – Azərbaycan, Gürcüstan, Ermənistan, Türkmənistan, Fars körfəzi ölkələri, Mərkəzi Asiya regionuna getməməyi tövsiyə edilir.

Ümumilikdə Azərbaycan, Mərakeş, Nigeriya, Şri-Lanka və Omanla birgə 4-cü dərəcəli təhlükəli ölkələr siyahısına daxil edilib. Belə ki, qərargah real ehtiyac olmadan bu ölkələrə səfər etməməyə, səfər edəcəkləri təqdirdə isə təhlükəsizliklə bağlı tədbirlər görməyə çağırıb.

Qərargah, həmçinin xatırladıb ki, israillilərin İraqa, Suriyanın kürd regionlarına, Livan, Səudiyyə Ərəbistanı, Yəmən və İrana səfəri qanunla qadağandır.

Xəbər lenti
0