Prezident nitq söylədi, nazir yuxuladı - VİDEO

© REUTERS / Lucas JacksonBMT yığıncağı
BMT yığıncağı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, U.Rossun kütləvi tədbirlərdə yuxuladığı ilk hal deyil. Məsələn, 2017-ci ildə Tramp Səudiyyə Ərəbistanında çıxış edərkən də Ticarət naziri yatıbmış

BAKI, 24 sentyabr — Sputnik. ABŞ-ın Ticarət naziri Uilbur Ross Prezident Donald Trampın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı yatıb.

Sputnik Azərbaycan bildirir ki, jurnalistlərin yaydıqları kadrlarda siyasətçinin gözübağlı oturduğu, sonra isə başını aşağı saldığı görünür. CNBC telekanalının məlumatına görə, nazir 36 dəqiqəlik çıxışın 15 dəqiqəsini yuxuda olduğundan ötürüb.

Telekanal bildirir ki, bu, U.Rossun kütləvi tədbirlərdə yuxuladığı ilk hal deyil. Məsələn, 2017-ci ildə Tramp Səudiyyə Ərəbistanında çıxış edərkən də Ticarət naziri yatıbmış.

Xəbər lenti
0