Donald Tramp, arxiv şəkli

Tramp Zelenski ilə telefon danışığını dərc etməyə razılıq verdi

62
Tramp hesab edir ki, bu əhvalat hökumət başçısı olmaq üçün namizədliyini isrəli sürmüş Co Baydeni qorumaq üçün quraşdırılıb

BAKI, 24 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığının mətninin çərşənbə günü dərc olunmasına razılıq verib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Tramp özünün Twitter səhifəsində yazıb.

"Mən hazırda Birləşmiş Millətlər Təşkilatında ölkəmizi təmsil edirəm, ancaq Ukrayna Prezidenti Zelenski ilə telefon danışığımızın tam, redaktə olunmamış bütöv mətninin sabah dərc edilməsinə icazə vermişəm", - Tramp qeyd edib.

ABŞ Prezidenti jurnalistlərə bildirib ki, Ukraynaya yardım edilməsinə qadağa qoymağa davam edəcək. Politoloq Vadim Petrov Sputnik radiosuna açıqlamasında bildirib ki, bu, bir neçə il öncə Kiyevdə araşdırılan bir korrupsiya cinayəti ilə bağlıdır.

Tramp, Baydenlər ailəsi və Ukrayna hökuməti ətrafında vəziyyət ABŞ və Ukrayna prezidentlərinin 2019-cu ilin iyulunda apardıqları telefon danışıqları ilə bağlı KİV-də yayılan məqalələrdən sonra ictimaiyyətin diqqət mərkəzinə düşüb. KİV iddia edib ki, söhbət zamanı Amerika lideri Ukrayna hökumətini kiçik Bayden haqda istintaq aparmağa məcbur  edib. ABŞ Konqresində demokratlar prezidenti qanunları pozmaqda şübhəli bilərək danışığın mətnini yaymağı tələb ediblər və iddiaları gerçəkləşərsə, impiçment irəli sürəcəkləri ilə hədələyiblər.

Tramp isə bunu danır və hesab edir ki, bu əhvalat hökumət başçısı olmaq üçün namizədliyini isrəli sürmüş və oğlu da guya Ukraynada korrupsiya cinayətinə qoşulmuş Baydeni qorumaq üçün quraşdırılıb. 

Baydenin oğlu Hanter Ukraynada ən iri şəxsi qaz şirkətlərindən olan Burisma Group-un direktorlar şurasının üzvü idi. ABŞ-ın vitse-prezidenti olduğu zaman Co Bayden 2016-cı ildə Kiyevdən sərt antikorrupsiya siyasəti aparmağı və bu kampaniya çərçivəsində ovaxtkı baş prokuroru vəzifəsindən azad etməyi tələb edirdi. Həmin vaxt Ukraynanın baş prokuroru olmuş Yuri Lutsenko Burisma-nın fəaliyyətini araşdırırmış. Bunlara baxmayaraq, Lutsenko bildirib ki, nə Co Baydenin, nə də oğlunun ölkə ərazisində hər-hansı qanun pozuntusu etdiyi barədə məlumata malik deyil.

62
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

6
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

6
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

78
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

78
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0