Sarqsyan və Koçaryanın ailələri peşəkar korrupsionerdirlər – Paşinyan

© AFP 2023 / KAREN MINASYANErmənistan Baş naziri Nikol Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
"Ya Robert Koçaryan... Hansı bacarığına görə milyonları yığıb? Onlar hamısı vunderkinddirlər?" - Nikol Paşinyan

BAKI, 23 sentyabr — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın ailə üzvləri professional korrupsionerdirlər. Kompromis olmayacaq, hər şey xəzinəyə geri qaytarılmalıdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Los-Ancelesdə keçirdiyi mətbuat konfransında bildirib.

"Bu insanlar anlamırlar ki, onların Ermənistanda siyasi fəaliyyət göstərmələri üçün heç bir şansları yoxdur. Erməni xalqı onların siyasi fəaliyyətlə məşğul olmalarını istəmir", - deyə Paşinyan vurğulayıb.

O, həmçinin vurğulayıb ki, söhbət dəqiq olaraq "qan-tərlə" qazanılmayan milyonlardan gedir və onlar tezliklə bu pulları sarayları ilə birgə itirəcəklər: "Ümid edirəm ki, çox tez. Məntiqlə onlar artıq itirməli idilər. Lakin hələlik böyük maliyyə vəsaitlərinə malikdirlər".

"Qələbə! Robert Koçaryanı ittiham etdilər" – Yerevanda kütləvi yürüşlər başladı>>

Paşinyan vurğulayıb ki, bu məsələdə hakimiyyət güzəştə getməyəcək: "Mən demişdim ki, Serj Sarqsyanın ailəsi peşəkar korrupsioner ailədir və hamı oğurladığını geri qaytarmalıdır. Bir hissəsini qaytarıblar, digər hissəsini isə qaytarmalıdırlar. Ya Robert Koçaryan... Hansı bacarığına görə milyonları yığıb? Onlar hamısı vunderkinddirlər?"

Xəbər lenti
0