Qandal, arxiv şəkli

Altmış manata görə rəfiqəsinə 50 bıçaq vurdu

39
(Yenilənib 19:55 22.09.2019)
Qızın cansız bədənini sentyabrın 20-də pilləkəndə aşkar edilər. Onun bədəninə 50-dən çox bıçaq zərbəsi endirilib. Şübhəlini isti izlərlə həbs ediblər.

BAKI, 22 sentyabr — Sputnik. Rusiyanın Saratov şəhərində Hüquq Akademiyasının 18 yaşlı tələbəsi həbs olunub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, o, binanın girişində tanış qızı xüsusi amansızlıqla öldürməkdə ittiham edilir.

Məhkəmədən bildiriblər ki, gənc oğlana ittiham elan edilib və o, həbs olunub. Tələbə günahını boynuna alıb və qızı borca görə qətlə yetirdiyini bildirib.

Söhbət o qədər də böyük olmayan 2300 rublluq (təxminən 61 manat) məbləğdən gedib. Tələbə tanışı olan qızı iyul ayında şənlik zamanı pulqabından pul götürməkdə ittiham edib. Dostları onun bu pulu özünün xərclədiyini desələr də, oğlan qızdan məbləğin qaytarılmasını tələb edib və hədələyib. O, qıza mesajlar göndərərək borca görə “qanla cavab verəcəyini” bildirib.

İstintaq Komitəsindən bildiriblər ki, qatil və qurbanı uşaqlıqdan tanış olublar, bir binada yaşayıblar. Borcun qaytarılmadığını görən tələbə qızı izləyib və binanın girişində öldürüb.

Qızın cansız bədənini sentyabrın 20-də pilləkəndə aşkar edilər. Onun bədəninə 50-dən çox bıçaq zərbəsi endirilib. Şübhəlini isti izlərlə həbs ediblər. Cinayətkarı 15 il həbs cəzası gözləyir.

39
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0