Paşinyandan böyük təmizləmə: Əsas nazirlər istefaya göndəriləcək

© AFP 2023 / KAREN MINASYANErmənistan Baş naziri Nikol Paşinyan
Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra səhiyyə naziri Arsen Torosyanı və əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanı vəzifədən azad etmək niyyətindədir

BAKI, 19 sentyabr — Sputnik. Ermənistanda yüksək vəzifəli məmurların istefaya göndərilməsi davam edəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
SİYASƏT
Söz "müharibəsi": "Ermənistan bizi ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur"

Məlumata əsasən, yaxın zamanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan, Xarici İşlər naziri Zöhrab Mnasakanyan, Müdafiə naziri David Tonoyan da istefaya göndəriləcək.

Nəşr eyni zamanda istefaya göndəriləcək məmurlar siyahısında ölkənin maliyyə naziri, iqtisadiyyat naziri, eləcə də dövlət gəlirləri üzrə komitənin rəhbərinin də adlarını çəkib: "Baş nazir Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra Səhiyyə naziri Arsen Torosyanı və Əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanı vəzifədən azad etmək niyyətindədir".

Xatırladaq ki, sentyabrın 16-da Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan, sentyabrın 18-də Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib. Nikol Paşinyan daha sonra Osipyanı özünə müşavir təyin edib.

Xəbər lenti
0