Kiyevdə Metro körpüsündə vəziyyət

Körpüyə çıxıb partladacağı ilə hədələyən kişinin üstünə BTR sürdülər

103
(Yenilənib 22:59 18.09.2019)
Kiyev metrosunun qırmızı xəttinin "Dnepr" və "Lesnaya" stansiyaları arasında nəqliyyatın hərəkəti minalanma xəbəri ilə əlaqədar dayandırılıb

BAKI, 18 sentyabr — Sputnik. Çərşənbə günü Ukraynanın paytaxtı Kiyevdə qorxulu anlar yaşanıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bir kişi "Metro" körpüsünə çıxaraq onu partladacağı ilə hədələyib. Onu zərərsizləşdirmək üçün polislərlə yanaşı, körpüyə doğru BTR-in başçılıq etdiyi hərbi texnika yeridilib. Əməliyyata snayper də cəlb olunub. 

"UNN" agentliyinin məlumatına görə, həmin adam polis dronunu vurub salıb.

Kiyev polis idarəsinin başçısı Andrey Krişşenko bildirib ki, kişi metro yaxınlığında yerləşən körpünü partlatmaq niyyətindədir və bu iş terror aktının hazırlanması kimi təsnif edilir.

Kiyev metrosunun qırmızı xəttinin "Dnepr" və "Lesnaya" stansiyaları arasında nəqliyyatın hərəkəti minalanma xəbəri ilə əlaqədar dayandırılıb. Paytaxt küçələrində bu səbəbdən böyük tıxac yaranıb.

Bir qədər sonra, "Ukrainskaya pravda" nəşrinin məlumatına görə, körpünü partlatmaqla hədələyən şəxsi polis yaxalaya bilib. Məlumatı respublikanın Daxili İşlər naziri Arsen Avakov təsdiqləyib.

103
Teqlər:
partlayıcı qurğu, polis, terror, körpü, Kiyev