Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərəb şahzadə Putinə zəng etdi – Zavodlara hücumla bağlı

© REUTERS / MARCOS BRINDICCIVladimir Putin və Məhəmməd Ben Salman əl Səudl
Vladimir Putin və Məhəmməd Ben Salman əl Səudl - Sputnik Azərbaycan
Abunə olmaq
Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin müdafiə naziri Məhəmməd Ben Salman əl Səudla telefonla krallıqda neft emalı zavoduna hücumla bağlı yaranmış vəziyyəti müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Qeyd olunur ki, telefon danışığı Səudiyyə Ərəbistanı tərəfinin müraciətinə əsasən baş tutub.

Нефть - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İndi də bədbin proqnoz gəldi – Neft qiymətləri kəskin düşəcək

"Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücumla bağlı vəziyyət müzakirə olunub. Vladimir Putin baş verənlərə görə narahatlığını ifadə edib və baş verənlərin ciddi və obyektiv şəkildə araşdırılmasının vacibliyini vurğulayıb", - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.

Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

 

Xəbər lenti
0