Roskosmosun rəhbəri Dmitri Roqozin

Rusiyadan Türkiyəyə sensasion təklif Gəlin kosmosa raket buraxaq

16
(Yenilənib 18:44 18.09.2019)
"Roskosmos" Türkiyəyə kosmik aparatlarını orbitə çıxarması üçün öz raketlərini təqdim etməyə hazırdır

BAKI, 18 sentyabr — Sputnik. "Roskosmos"un rəhbəri Dmitri Roqozin Türkiyəni Rusiya və Qazaxıstanla birgə Baykonur kosmodromunu istifadə etmək üzrə layihənin iştirakçısı olmağa dəvət edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Roqozin "Anadolu" agentliyinə müsahibəsində bildirib.

""Roskosmos" Türkiyəyə kosmik aparatlarını orbitə çıxarması üçün öz raketlərini təqdim etməyə hazırdır. Yeri gəlmişkən, bunu Türkiyə ərazisindən də etmək lazım deyil. Bunun əvəzində üç ölkənin iştirakı ilə bir layihə hazırlana və Baykonurun unikal infrastrukturundan istifadə oluna bilər", - Roqozin deyib.

Roqozinin fikrincə, belə bir layihədə Türkiyə raket buraxılışlarının təşkilatçısı, Rusiya texnologiyalarının ötürülməsinə yardım edən tərəf, Qazaxıstan isə öz unikal kosmik limanını təqdim edən tərəf kimi çıxış edə bilərdi: "Hesab edirəm ki, yaxşı perspektiv var".

16
Teqlər:
raket, kosmos, Rusiya, Türkiyə
Əlaqədar
Ərdoğan və Putinin görüşü: Birgə təyyarə istehsalı, kosmos və Suriya
Bir gündə iki asteroid Yerə yaxınlaşacaq
Tramp kosmosu "yeni hərbi əməliyyatlar səhnəsi" adlandırıb
"Bizdə olan Zona 51-dən daha maraqlıdır" - İlon Mask
Qara dəlik üçün "Oskar" verdilər