Əfqanıstanda baş verən partlayışdan sonra, arxiv şəkli

Prezidentin mitinqində 24 adam öldü, əhəmiyyət verməyib davam etdilər

61
(Yenilənib 14:54 17.09.2019)
Ölənlər arasında qadın və uşaqlar, eləcə də təhlükəsizlik qüvvələrinin beş əməkdaşı var. Prezident Qani partlayış zamanı xəsarət almayıb

BAKI, 17 sentyabr — Sputnik. Əfqanıstanın Pərvan vilayətində baş vermiş partlayış nəticəsində ən azı 24 nəfər həlak olub, 31 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan yerli "1TV" telekanalına istinadən xəbər verir ki, partlayış Əfqanıstan Prezidenti Əşrəf Qaninin seçki kampaniyası çərçivəsində keçirilən mitinqin yaxınlığında baş verib. 

"Əl-Cəzirə" telekanalı bildirib ki, Prezident Qani partlayış zamanı xəsarət almayıb. 

Partlayışın motosiklet sürən terrorçu tərəfindən törədildiyi bildirilir. Hücuma görə məsuliyyəti hələ ki, heç kəs üzərinə götürməyib.

Məlumata görə, ölənlər arasında qadın və uşaqlar, eləcə də təhlükəsizlik qüvvələrinin beş əməkdaşı var.

"1TV" bildirib ki, partlayışa baxmayaraq, mitinq davam edib.

61