Robert Koçaryan, arxiv şəkli

Yerevan məhkəməsi Koçaryanla bağlı qərar verdi

18
(Yenilənib 14:10 17.09.2019)
Hakim deyib ki, Koçaryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti rədd edilib

BAKI, 17 sentyabr — Sputnik. Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib.

"Məhkəmə Koçaryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətini rədd etmək qərarına gəlib", - Sputnik Ermənistan-ın xəbərinə görə, hakim Anna Danibekyan məhkəmə zamanı deyib.

Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanın 52,8 faiz səslə qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə seçkidə saxtakarlığın olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-si ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olmuş Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək, külli miqdarda rüşvət almaq və qanunsuz yolla əldə edilmiş vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib. Lakin iyunun 25-də Apelyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

18
Teqlər:
məhkəmə, Robert Koçaryan, Ermənistan
Əlaqədar
Koçaryanı azadlığa buraxmış hakimin kabinetində axtarış aparıldı
Yeddinci cəhd və ya Koçaryanın şikayətinə niyə baxılmır
Məhkəmə Koçaryanla bağlı qərar verdi – Putinin məktubundan sonra
Partiya sədri çətin vəziyyətdə - Sarqsyan və Koçaryanı...
Yerevanda Koçaryanı "bölüşdürə" bilmədilər - polis iki nəfəri saxladı