Neft kəskin bahalaşıb, sonra necə olacağını heç kim bilmir

© REUTERS / Brendan McDermidНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə endirilmiş zərbələrdən sonra ölkənin neft istehsalı sutkada 9,8 milyon bareldən 5,7 milyon barelədək azalıb. Bu səbəbdən də dünya üzrə neft qiymətləri orta hesabla 12-13 faiz, bəzən də 19 faiz artıb

 

BAKI, 16 sentyabr — Sputnik. Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin infrastrukturuna edilmiş dron hücumlarından sonra dünya üzrə neft qiymətləri kəskin şəkildə artıb.

Нефтяной насос и танкеры, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azadlığın qiyməti: Neft istehsalçıları iflasa uğrayırlar

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu gün səhər saatlarında (Bakı vaxtı ilə saat 8:36) "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 9,96 faiz yüksələrək bir barelə görə 66,22 dollar səviyyəsində qərarlaşıb. "WTI" markalı neftin qiyməti isə bir barelə görə 59,52 dollara qədər (8,61 faiz) artıb.

Səudiyyə Ərəbistanı dünyanın ən nəhəng neft ixracatçısı və üç ən nəhəng neft hasilatçılarından biridir.

Şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə endirilmiş zərbələrdən sonra ölkənin neft istehsalı sutkada 9,8 milyon bareldən 5,7 milyon barelədək azalıb. Bu səbəbdən də dünya üzrə neft qiymətləri orta hesabla 12-13 faiz, bəzən də 19 faiz artıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəməndə Husilərə qarşı vuruşur. Şənbə günü baş tutmuş dron hücumlarına görə məsuliyyəti Husilər öz üzərlərinə götürüblər.

​Hücum xəbərlərinə reaksiya vermiş ABŞ Prezidenti Donald Tramp bazarı sabitləşdirmək lazım olduğu halda, Amerikanın strateji ehtiyatlarından neft ayırmağa icazə verdiyini deyib.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo hücumların Yəmən ərazisindən gəldiyinə dair sübutun olmadığını deyib və hücumlarda Tehranı günahlandırıb.

İranın Xarici İşlər Nazirliyi isə Pompeonun bəyanatını yalan adlandırıb.

​Xarici İşlər naziri Məhəmməd Cavad Zərif məsələ ilə bağlı yazdığı tvitində "İranı günahlandırmaq fəlakətə son qoymayacaq" deyib.

Xəbər lenti
0