Ayı, arxiv şəkli

Sevgilisini ayıdan qoruyan gənc həlak oldu

67
(Yenilənib 19:20 14.09.2019)
Oğlan sevgilisinin həyatını qurtarmaq üçün ayının önünə keçib. Ayı onu qamarlayıb və birlikdə qayadan uçublar

BAKI, 14 sentyabr — Sputnik. Polşalı turistlər Ermənistanda ayının hücumuna məruz qalıblar.

Sputnik Ermənistan xəbər verir ki, sevgilisini ayıdan qorumaq istəyən gənc yırtıcı ilə əlbəyaxa olub və hündürlükdən yıxılaraq ölüb.

Şənbə günü yerli vaxtla saat 14:26-da 911 xidmətinə Polşa vətəndaşı olan Marqo J. zəng vuraraq bildirib ki, yoldaşı ilə dağa qalxarkən onlara ayı hücum edib. Zəng vuran qızın dediyinə görə, sevgilisi yaralanıb və xilasedicilərin köməyinə ehtiyacı varmış. Hadisə yerinə xüsusi xilasetmə dəstəsi göndərilib.

Əldə edilən məlumata görə, turistlər 3500 m yüksəklikdə olarkən ayı onlara hücum edib. Oğlan sevgilisinin həyatını qurtarmaq üçün ayının önünə keçib. Ayı onu qamarlayıb və birlikdə qayadan uçublar.

Qız dərhal xilasedicilərə zəng vurub. Hadisə yerinə gələnlər oğlanın meyitini aşkar ediblər. Onun başındakı travmaları daşlara dəyməsi, yaxud da ayi ilə döyüşməsi nəticəsində aldığını tibbi ekspertiza müəyyən edəcək.

Bildirilir ki, ayı sağ qalıb və qaçaraq aradan çıxıb.

67
Teqlər:
Ermənistan, turistlər, hücum, ayı
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb

0
(Yenilənib 20:30 08.08.2020)
Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

BAKI, 8 avqust — Sputnik. Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

Həkimlər şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkən 62 yaşlı Çikaqo sakininin xəstəliyinin gedişini açıqlayıblar. Aprel ayında o, dörd gün davam edən hıçqırığa görə həkimlərə müraciət edib. 

Xəstədə koronavirusun əsas simptomları sayılan öskürək, qızdırma, burnun tutulması, boğaz ağrısı və təngnəfəslik olmayıb.

Müayinə zamanı pasiyentin hərarətinin 37,3 dərəcə olduğu məlum olub, COVID-19 testi isə pozitiv çıxıb. Döş qəfəsinin rentgeni ağciyərlərdə kiçik qaralmaların olduğunu göstərib. Bundan sonra kişini koronaviruslu xəstələr şöbəsinə göndəriblər və onun halı orada pisləşib.

Daha sonra çikaqolunu koronavirusa qarşı effektiv dərman sayılan malyariya əleyhinə hidroksixlorin preparatı ilə müalicə ediblər. Bir müddət sonra ÜST bu dərmanın koronavirusa qarşı effektsiz olduğunu etiraf edib. Lakin üç gündən sonra kişinin vəziyyəti sabitləşib və onu xəstəxanadan evə buraxıblar.

"Bildiyimiz qədər, bu, tibbi ədəbiyyatda COVID-19 xəstəsi olan şəxsin davamlı hıçqırıqdan şikayət etməsinə dair ilk hesabatdır", - məqalədə bildirilir. Həkimlər həmkarlarını davamlı hıçqırıqdan şikayət edən digər pasiyentlərə də çox diqqətlə yanaşmağa çağırıblar və qeyd ediblər ki, koronavirusa yoluxma getdikcə daha çox atipik simptomlarla üzə çıxır.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb

Livanda etirazçılar XİN binasını ələ keçirdilər, xeyli insan yaralandı - VİDEO

9
(Yenilənib 20:34 08.08.2020)
Minlərlə adam Beyrut küçələrində hakimiyyətin istefası və islahatlar tələbilə mitinqə çıxıb. İnsanlar polisə daş və petarda tullayırlar

BAKI, 8 avqust — Sputnik. Livanın paytaxtı Beyrutda hökumətə qarşı etiraz edənlər Əşrəfiyyə rayonunda yerləşən Xarici İşlər Nazirliyinin binasını ələ keçiriblər.

​Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, binaya daxil olan kütlə “Beyrut – hərbsizləşdirilmiş şəhərdir!” və “İnqilab paytaxtı” yazılan şüarlar açıblar.

​Livan XİN-in binası avqustun 4-də limanda baş verənb güclü partlayış zamanı güclü zədələnib.

​Minlərlə adam Beyrut küçələrində hakimiyyətin istefası və islahatlar tələbilə mitinqə çıxıb. İnsanlar polisə daş və petarda tullayırlar. Polis isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edir. Qırmızı Xaç və Mülki müdafiənin maşınları parlament binası yaxınlığında xəsarət alanlara yardım göstərir. Yaralıların sayının artıq 130-a çatdığı bildirilir.

​Livan hərbçiləri nümayişçilərin ələ keçirdikləri XİN binasına daxil olublar. Bu barədə Al-Jadeed telekanalı məlumat verib. Reuters-in məlumatına görə şəhərin mərkəzində atəş səsləri eşidilir.

9
Əlaqədar
Beyrutda “daş dövrü” – paytaxtda iğtişaşlar başlayıb - VİDEO
Türkiyədən Livana böyük dəstək
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı
Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri
Makron təcili Beyruta gedir - Niyəsi bilinmir