Oğruların kölgəsi, arxiv şəkli

Qızıl unitaz oğurlandı, saray bağlandı

68
(Yenilənib 18:13 14.09.2019)
Muzey unitazın oğurlanması faktını təsdiqləyib və Twitter-də bildirib ki, hadisə ilə bağlı saray ən azı bu günün sonuna kimi bağlı olacaq

BAKI, 14 sentyabr — Sputnik. Uinston Çörçilin doğulduğu Blenhaym sarayından qızıl unitaz oğurlanıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə xəbəri yerli polis idarəsi yayıb.

​Bütöv, 18 karatlıq qızıldan düzəldilmiş unitazın qiyməti bir milyon funt-sterlinqdir. Onu italiyalı rəssam Maurisio Kattelan düzəldib. Unitaz sarayda incəsənət ekspozisiyasında nümayiş olunurmuş. Bu unitazdan təyinatı üzrə istifadə etmək mümkündür. O oğurlanan zaman muzeyin mühafizəçisi tualetin qapısının arxasındaymış. 2016-cı ildə qızıl unitaz installyasiyası Nyu-Yorkdakı Qugenhaym muzeyində nümayiş olunub.

"Temza çayı vadisi regionunun polisi Blenhaym sarayındakı oğurluğu araşdırır. Polis hadisə barədə xəbəri 4.57-də alıb. Canilər muzeyə gecə girib, təxminən 4.50-də oranı tərk ediblər. Xəsarət alan yoxdur. Unitaz kanalizasiya və su sisteminə birləşdirildiyindən onun oğurluğu ilə saraya maddi zərər də dəyib, otaqları su basıb", - polisin yaydığı məlumatda deyilir.

Ehtimal edilir ki, cinayətkarlar bir neçə nəfər olub və saraya iki avtomobildə gəliblər. Hazırda oğurluqla bağlı şübhəli qismində 66 yaşlı bir kişi saxlanılıb.

Muzey unitazın oğurlanması faktını təsdiqləyib və Twitter-də bildirib ki, hadisə ilə əlaqədar saray ən azı bu günün sonuna kimi bağlı olacaq.

68