Neft buruğu, arxiv şəkli

"Neft 40 dollara düşəcək, hazırlaşın..." Rusiyadan gözlənilməz proqnoz

40
(Yenilənib 17:19 14.09.2019)
"Əgər biz bugünkü problemlərin həllinə hazır olmaq və sabahkı problemləri qarşılamaq istəyiriksə, onda dərhal, effektiv işləmək lazımdır"

BAKI, 14 sentyabr — Sputnik. Rusiyanın nüfuzlu iqtisadçısı, "Sberbank"ın rəhbəri German Qref neftin indiki 60 dollardan 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, iqtisadçının fikrincə, onun ölkəsini növbəti ciddi "xammal şoku" gözləyir.

"Rusiya hələlik belə risklərə hazır deyil, lakin ona hazırlaşmaq lazımdır. Əgər biz bugünkü problemlərin həllinə hazır olmaq və sabahkı problemləri qarşılamaq istəyiriksə, onda dərhal, effektiv işləmək lazımdır. "Effektiv" sözü burada əsasdır. Bir daha demək istəyirəm ki, fikrimcə, bu işləri başlamaq üçün unikal anımız var", - Qref vurğulayıb.

Qref xatırladıb ki, Rusiyanın gəlirlərinin yarıdan çoxu xammal ehtiyatlarının hesabına formalaşır.

40
Teqlər:
xammal, qiymət, Rusiya, neft